Binəqədi rəsmiləri əsgərlərin andiçmə mərasimində iştirak ediblər
Tarix: 27.08.2014 | Saat: 16:46:00 | E-mail | Çapa göndər


Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və birləşmələrdə əsgərlərin andiçmə mərasimi olub. İlk dəfə olaraq Binəqədi rayonundan hərbi xidmətə yollanmış və Respublikanın ayrı-ayrı bölgələrində əsgəri borclarını yerinə yetirən gənc əsgərlərin andiçmə mərasimində Binəqədi Rayon İcra hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları da iştirak ediblər.
Bu məqsədlə Lənkəran şəhərinə Binəqədi RİH başçısının birinci müavini İlqar Süleymanov və Aparatın şöbə müdiri Yunis Hüseynov, Gəncə şəhərindəki hərbi hissələrə Aparatın şöbə müdirləri Elnur İmanov və Ədalət Rəcəbov, Naxçıvan Muxtar Respublikasına isə Aparatın şöbə müdiri Ramiz Göyüşov və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov ezam olunublar.
Binəqədi rayonundan hərbi xidmətə yollanmış əsgərlərin andiçmə mərasiminə qatılan Binəqədi RİH başçısı Aparatının məsul işçiləri bu hərbi ritualın icrasını yaxından izləyib, mərasimdə çıxış edərək əsgərlərə ən xoş arzularını və tövsiyyələrini bildiriblər. Onlar Binəqədi rayonundan olan əsgərlərlə görüşdə hər bir Azərbaycan gəncinin həyat yolunda keçdiyi çox əlamətdar hadisə və şərəfli dövr olan əsgəri xidmət barədə danışıb, Vətənə olan məhəbbəti əməldə sübut etməyin yolunun Vətəni qorumaqdan keçdiyini diqqətə çatdırıblar. Dövlətçiliyin mühüm atributu olan milli ordu quruculuğunu Ali Baş Komandan İlham Əliyevin ardıcıl və məqsədyönlü siyasətinin ən mühüm tərəflərindən biri olduğu əsgərlərlə görüşdə onların diqqətinə çatdırılıb, hər bir Azərbaycan gəncinin, müstəqil dövlətimizin qüdrətli ordusunda xidmət etməklə fəxarət hissi duymalı olduğu vurğulanıb. Binəqədi rayonundan olan əsgərlərlə görüşdə bu şərəfli və müqəddəs missiyanı daim alnıaçıq, üzüağ yerinə yetirməkdə onlara müvəffəqiyyətlər arzulanıb. Görüşlərdə Binəqədi Rayon İcra Hakimiyyəti adından əsgərlərə hədiyyələr təqdim olunub.
Andiçmə mərasimində iştirak edən Binəqədi rayonundan olan əsgərlərin valideynləri Rayon İcra Hakimiyyətinin rayondan hərbi xidmətə yollanmış əsgərlər üçün çox əlamətdar gündə iştirak etmələrini məmnunluqla qarşılayıb və bu addımın ilk təşəbbüs olduğunu diqqətə çatdırıblar.

Fuad




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info