Dərbənd və Bakı gəncləri arasında inteqrasiya gücləndirilir
Tarix: 27.08.2014 | Saat: 17:43:00 | E-mail | Çapa göndər


Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) Səməd Vurğunun Ev Muzeyində Dağıstan Respublikasının Dərbənd şəhərinin aparat nümayəndələri ilə görüş keçirib. Təşkilatdan bildirilib ki, tədbiri giriş sözü ilə layihə koordinatoru Nadir Məhbubi-İran açaraq qonaqları salamlayıb və sözü AGAT-ın sədr müavini Nərgiz Xələfə verib. Dərbənd və Bakı gəncləri arasında inteqrasiyanı daha da gücləndirmək və Azərbaycan lobbisinin Dərbənd şəhərindəki inkişafına nail olmaq kimi məqsəd daşıyan layihə haqqında məlumat verən Nərgiz Xələf eyni zamanda AGAT və onun nəzdnində yaradılan Koordinasiya Şurası haqqında geniş danışıb. Daha sonra Dərbənd Rayon İcra Hakimiyyəti nümayəndəsi Gülmaqomedov Pənah Əlimuradoviç Dərbənd Rayon İcra Hakimiyyətinin başçısı Qurban Qurbanzadənin AGAT heyətini salamlayan rəsmi məktubunu oxuyub. Dərbənd Rayon aparat nümayəndəsi Adil Bayramov da öz növbəsində Dərbənd və Azərbaycan gəncləri arasında inteqrasiyanın daha da gücləndirilməsinə xidmət edən layihədən məmnunluğunu bildiərək AGAT-a dərin minnətdarlığını çatdırıb.
Daha sonra qonaqlar və AGAT nümayəndələri Səməd Vurğunun Ev Muzeyinə ekskursiya edərək tarixi məqamlara toxunan müzakirələr aparıblar.
Qed edək ki, Dərband şəhərinin aparat nümayəndələri dörd gün ərizində Bakı şəhərinin qonağı olacaqlar və Azərbaycan mədəniyyəti ilə bağlı məkanlara ekskursiya edəcəklər.

Fuad






 
Bölməyə aid digər xəbərlər
20.05.2019
Nəşriyyatlara dərsliklərin çəkisinin yüngülləşdirilməsi ilə bağlı tapşırıqlar verilib
19.05.2019
İyunun 1-də uşaqlar üçün musiqili-tamaşa təqdim olunacaq
19.05.2019
Vəkillər Kollegiyasının sədri IX Beynəlxalq Hüquq Forumunda iştirak edib
18.05.2019
Daşkənddə “ASAN xidmət”in fəaliyyəti haqqında məlumat verilib
17.05.2019
Ali Məhkəmənin sədri və kollegiya sədrləri bölgələrdə vətəndaşları qəbul ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10783

1 “Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
4 Dünya rəssamları arasında yer alan azərbaycanlı
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info