“Zəfəran ətirli mətbəximizdə gənc qızlardır”
Tarix: 27.08.2014 | Saat: 18:21:00 | E-mail | Çapa göndər


“Zəfəran ətirli, zoğal axtalı mətbəximizdə gənc qızlardır – Kulinariya yarışması” layihəsi çərçivəsində Ağstafa rayonunda növbəti tədbir keçirilib. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən layihədə əsas məqsəd Azərbaycan mədəniyyətinin tərkib hissəsi olan milli mətbəx mədəniyyətinin qorunub saxlanılması, öyrənilməsi, təbliği və inkişaf etdirilməsinə yardım etməkdir. Azərbaycanın öz vətənini tükənməz məhəbbətlə sevən, onun hər qarışını göz bəbəyi kimi qorumaq naminə canından belə keçməyə hazır olan, milli və mənəvi dəyərlərə sahib çıxan çox qeyrətli gəncliyi var. Azərbaycan gəncliyinin mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsi, sosial müdafiəsinin, məşğulluğunun, təhsilinin təminatı, yaradıcılıq axtarışlarının stimullaşdırılması, hərbi vətənpərvərlik ruhunun artırılması, onların kütləvi surətdə dövlət quruculuğu prosesinə cəlb edilməsi, müasir qloballaşma əsrində öz güc, bilik və bacarıq potensialını ümummilli dövlət mənafeyinə xidmətə sərf edən mütəşəkkil qüvvə kimi formalaşdırılması prioritet vəzifə kimi qarşıya qoyulub. Layihənin həyata keçirilməsində əsas məqsəd gənc qızlarımızı öz mətbəxinin xanımı, sahibi kimi yetişdirməkdir.Mətbəx maddi mədəniyyət abidəsidir. Mənfur qonşularımız torpaqlarımızın 20%-ni işğal edərək, indi də mətbəximi işğal etməyə, onun gözəl nümunələrini “erməni mətbəxi” kimi qələmə verməyə çalışırlar. Bunlara yol verməmək üçün gənc qızlarımız öz adət - ənənələrimizi , mətbəximizi gözəl bilməlidir. Azərbaycan kulinariyası öz tarixi kökləri və özünəməxsusluğu ilə o birilərindən xeyli fərqlənir. Azərbaycan xörəkləri yüksək dad-tam keyfiyyətləri ilə dünyada məşhurdur. Onları başqaları ilə qarışıq salmaq olmaz.
Hazırda Azərbaycan kulinariyasında xörəkləri hazırlanmasının qədim üsullarının spesifik xüsusiyyətləri saxlanılmaqla yanaşı, müasir kulinariyanın tələbləri geniş sürətdə nəzərə alınır. Layihədə iştirak edən 20 nəfər gənc xanım milli mətbəximizin spesifikliyi, özünəməxsusluğu haqqında təlimlərdə biliklər qazandılar, həmçinin müxtəlif milli xörəklərimizin, şərbətlərimizin hazırlanmasında birbaşa iştirak etdilər. Azərbaycanın hər bir bölgəsində yaşayan gənc xanımlarımız bizim gələcək analarımız, mətbəximizin sahibləridir. Onlar həm də maddi-mədəniyyət abidəmiz olan milli mətbəximizin qoruyucuları, gələcək nəsillərə ötürənlərdir. Bu ənənəni davam etdirmək, nənələrimizin, analarımızın layiqli davamçılarını yetişdirmək üçün gənc xanımlara mətbəximizin sirlərini öyrətmək, xüsusilə də onların vətənə, dövlətə, millətə, tariximizə, mədəniyyətimizə, adət-ənənələrimizə sədaqət ruhunda tərbiyə olunmasında Ağstafa rayonunda keçirilən bu layihə böyük rol oynayacaq.
Layihə Aytəkin Kərimova tərəfindən həyata keçirilir.

İlkin





Ermənistanla təmas rayonlarda yaşayan uşaqlar üçün istirahət təşkil edilir


Azərbaycan müharibə vəziyyətini nəzərə alaraq təmas xəttində yerləşən rayonlardan olan uşaqların inkişafı məqsədilə xüsusi tədbirlərin keçirilməsi planlaşdırılır. Ölkə rəhbərliyinin tapşırığına əsasən, Gənclər və İdman Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi birlikdə Azərbaycan-Ermənistan sərhəd bölgələrindən, xüsusi ilə təmas xəttinə yaxın rayonlarından olan uşaqların istirahətinin təşkilini nəzərdə tutmuşdur.
Bu məqsədlə, 27 avqust-10 sentyabr 2014-cü il tarixlərində 120 uşağın Bakı şəhəri Şüvəlan qəsəbəsində yerləşən Gənclər və İdman Nazirliyinin nəzdində olan Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzində (Şüvəlan qəsəbəsi, Almaz İldırım küçəsi, döngə 4.) yay düşərgəsi təşkil ediləcəkdir. Düşərgədə Tərtər, Ağdam, Ağstafa, Goranboy və Tovuz rayonlarının Ermənistanla həmsərhəd kəndlərindən olan 10-16 yaşlı uşaqlar istirahət edəcəklər. İstirahət zamanı uşaqların fiziki və əqli inkişafı məqsədilə müxtəlif fəaliyyətlər həyata keçiriləcək.

İlkin




 
Bölməyə aid digər xəbərlər
19.04.2019
“NAR” işçi axtarır
19.04.2019
İşəgötürən əməyin mühafizəsi məqsədilə işçiləri fərdi mühafizə vasitələri ilə təmin etməlidir
19.04.2019
“AccessBank“da vakansiya
18.04.2019
“İşsizin DOSTu” layihəsi 33 mindən çox vətəndaşla əmək müqaviləsi bağlayıb
18.04.2019
Zorakılıq, mənəvi-psixoloji təzyiq hallarına məruz qalan uşaqlar üçün Qaynar xətt yaradılır

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10751

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info