Bakı Metropolitenində əlil sərnişinlər üçün xüsusi liftlər və zolaqlar quraşdırılacaq
Tarix: 27.08.2014 | Saat: 18:31:00 | E-mail | Çapa göndər


Bakı Metropoliteninin yeni tikilən stansiyalarında əlillər üçün xüsusi liftlər quraşdırılır. Dərin özüllü olmayan mövcud köhnə stansiyalarda isə əlil sərnişinlər üçün xüsusi zolaqların yaradılması üzərində iş gedir. Bunu "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib. Şöbə rəisinin sözlərinə görə, hazırda bəzi əlil sərnişinlər Bakı Metropolitenində onlar üçün müvafiq infrstrukturun olmadığından metronun xidmətlərindən istifadə edə bilmirlər. Bu da haqlı olaraq həmin insanlarda müəyyən narazılıq yaradır. Lakin yaxın gələcəkdə onların bu narahatlığı da aradan qaldırılacaq: "Bu gün Bakı Metropolitenində əlil arabasından istifadə etmək üçün hər hansı şərait yoxdur. Ancaq Bakı Metropoliteni rəhbərliyinin xüsusi göstərişi ilə bu sahədə işlər aparılır. Hazırda mütəxəssislər tərəfindən bütün stansiyalar nəzərdən keçirilir. İlk olaraq metronun yeni inşa edilən stansiyalarında əlillər üçün xüsusi liftlər quraşdırılır. Hazırda "Avtovağzal" və "Memar Əcəmi-2" stansiyalarında liftlərin quraşdırılması işləri davam edir. Stansiyalar istifadəyə verildikdən sonra əlil sərnişinlər metronun üst hissəsindən bu liftlər vasitəsilə birbaşa perrona daxil ola biləcəklər. Yeni stansiyalarda mümkün olduğu qədər liftlərdən istifadə olunacaq, dərin özüllü olmayan stansiyalarda isə əlillər üçün xüsusi zolaqlar, yollar yaradılacaq". N.Paşayev qeyd edib ki, mövcud stansiyalarda da bu vasitələrdən istifadə olunması nəzərdən keçirilir: "Hazırda bəzi dərin özüllü stansiyalarda əlillər üçün liftlərin quraşdırılması mümkün deyil. Çünki orada liftlərin quraşdırılması üçün yer yoxdur. Bundan əlavə hər iki çıxışda eskalatorlar olduğundan xüsusi zolaq da yaratmaq olmur. Belə ki, dərin özüllü stansiyalarda eskalatorların uzunluğu çox olduğuna görə orada əlillər üçün hər hansı zolağın salınması və ya digər vasitələrin tətbiq edilməsi hələlik mümkün deyil. Vaxtilə həmin stansiyalar inşa ediləndə əlillər üçün infrastrukturun yaradılması nəzərdə tutulmayıb. Məsələn, "Elmlər Akademiyası" və ya "Sahil" kimi stansiyalarda necə zolaq salaq ki, ora əlil arabası ilə düşmək mümkün olsun? Amma dərin özüllü olmayan və eskalatorlardan deyil, pilləkənlərdən istifadə edilən stansiyalarda əlillər üçün əlavə zolaqların yaradılması ideyası var və bu istiqamətdə müxtəlif variantlar üzərində iş gedir. Əgər bu mümkün olsa, əlil arabasından istifadə edən sərnişinlər həmin stansiyalarda metronun xidmətlərindən yararlana biləcəklər".
Bakı Metropoliteninin sözçüsü deyib ki, bu yenilik təkcə əlil arabası ilə hərəkət edən əlillər üçün deyil, kompleks şəkildə, bütün növ əlil insanlar üçün nəzərdə tutulur. Onların hər biri metronun xidmətlərindən rahat istifadə edə biləcəklər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.03.2019
4 ölkə OPEC və qeyri-OPEC ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinə üzv seçilib
18.03.2019
“Azərxalça”nın Goranboy və Tərtər filiallarında ilk xalçalar kəsilib
18.03.2019
Enterprise Azerbaijanın növbəti startap təlimi Azərbaycan Universitetində keçirilib
18.03.2019
Binədə 2 küçə təmir edilib
18.03.2019
İnam Kərimov: “Qarşımıza qoyulan vəzifə məhsuldarlığın artırılmasına nail olmaqdır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10697

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Xaricdəki və yerli ictimai birliklərin növbəti virtual görüşü olub
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 “Sondakika.com”: “Apreldən TANAP-ın Avropaya təbii qaz göndərəcək hissəsində sınaqlara başlanacaq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info