Sürücülər müvəqqəti duracaqlarda boş yerin olduğunu əvvəlcədən öyrənə biləcəklər
Tarix: 27.08.2014 | Saat: 18:40:00 | E-mail | Çapa göndər


Bakıda sürücülər müasir elektron vasitələrin köməyi ilə avtomobillərini saxlamaq üçün hansı müvəqqəti duracaqlarda boş yerin olduğunu əvvəlcədən öyrənə biləcəklər. Bunu Bakı Şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin rəisi Həsən Abdullayev deyib.
İdarə rəisinin sözlərinə görə, bu məqsədlə şəhərin müxtəlif yerlərində elektron lövhələr quraşdırılacaq, eləcə də smartfon tipli mobil telefonlara xüsusi proqramlar yükləmək mümkün olacaq: "Onlayn rejimdə işləyən elektron lövhələr duracaqlardakı boş yerləri göstərəcək. Lövhədə küçənin adı və oradakı duracaqlarda neçə boş avtomobil yerinin olduğu göstəriləcək. Bundan əlavə, sürücülər hansı müvəqqəti duracaqda boş yerlərin olduğunu smartfon tipli mobil telefonlarla da öyrənə biləcəklər. Bu məqsədlə smartfonlara yüklənməsi üçün xüsusi proqram da yaradılıb".
H.Abdullayev qeyd edib ki, sürücülər həm elektron lövhələr, həm də smatrfonlar vasitəsilə hansı müvəqqəti duracaqda boş yerlərin olduğunu yalnız paytaxtda bütün parkomatların quraşdırılacağı nöqtələr tam müəyyənləşdikdən sonra öyrənə biləcəklər. Bu yeniliyin 2014-cü ilin sonuna kimi gerçəkləşəcəyi gözlənilir: "Hələlik şəhərdə 350-yə yaxın parkomat quraşdırılıb. Bakı Şəhər İcra Hakimiyyəti və Bakı şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən müvəqqəti duracaqların yerləri tam dəqiqləşdirildikdən və bəzi texniki məsələlər həll edildikdən sonra ilin sonuna kimi parkomatlarının sayının 1000-ə çatdırılması nəzərdə tutulur".

Nigar




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib
07.11.2018
Şamaxıda Qaravəlli kənd məktəbi əsaslı təmirdən sonra istifadəyə verilib
07.11.2018
Vərəsələrə verilmiş sığorta ödənişi ilə bağlı təsdiqedici sənədlər ictimaiyyətə təqdim olunub
07.11.2018
Tələbələrə adlı təqaüd təqdim edilib
07.11.2018
“Sağlam məktəbli” layihəsi davam edir

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info