“Gerçək Azərbaycanın xəyalımızdakı Azərbaycandan daha gözəl olduğunu gördük”
Tarix: 27.08.2014 | Saat: 19:13:00 | E-mail | Çapa göndər


Bülent Maşaoğlu: “Türkiyədə Azərbaycan şirkətlərinin yatırımları sürətlə artır”

- Öncə Türkiyədəki işləriniz, çalışmalarınız haqqında bizi bilgiləndirərdiniz.
- Müsaidənizlə, özümü tanıdım. İstanbul Universiteti Siyasi bilgilər fakültəsini bitirmişəm. 1996-1998-ci illərdə İstanbul Ülkü Ocaqlarının Türk Dünyası üzrə məsulu idim. Hazırda Türkiyədəki dostlarımızla bir araya gələrək “Türk Dünyası Təhsil və Mədəniyyət Dərnəyi”ni qurduq. Dosltar sağ olsun, bizi başqanlğa layiq gördülər. Fərdi olaraq türk dünyasına yönəlik çalışmalarımızı daha mütəşəkkil və effektiv edə bilmək adına belə bir işə girişdik. Məqsədimiz türk dünyasına yönəlik təhsil və mədəniyyət sahələrində qardaşlıq bağlarının güclənməsi və bütün türk xalqlarının bir-birini daha yaxşı tanıyıb-qaynaşmasını təmin etməkdir. Türk dünyasından Türkiyəyə gələn tələbələrə gərək maddi, gərəksə mənəvi dəstək göstərmək ilk vəzifələrimizdəndir.
- Türkiyə-Azərbaycan qardaşlığı barəsində fikirlərinizi bilmək istərdik...
- Məlum olduğu kimi, Türkiyə və Azərbaycan həm dövlət, həm də millət olaraq dost deyil, qardaşdır. Bizim inancımıza görə, dostluq yabançı, yad insanlar arasında olur, amma qardaşlıq bambaşqadır. Bizlər Azərbaycan aşiqləri olan insanlarıq. Bir mahnı sözündə deyilir: “Qarşılıqsız sevə bilməksə sevda, demək, o eşqdir”. Bizim Azərbaycan timsalında türk dünyasına baxış bucağımız da budur.
- Azərbaycana neçənci dəfə gəlirsiniz? Azərbaycanda gördüklərinizlə bağlı düşüncələrinizi bölüşmənizi də istərdik.
- Bu, Azərbaycana ilk gəlişimizdir. Başqan yardımçımız Fatih Aydın ilə birlikdə gerçəkləşdirdiyimiz bu ziyarət çox faydalı oldu. 20 ildir görüşmədiyimiz dostlarımızla görüşmək və illərdir xəyallarımızda yaşatdığımız Azərbaycanı görə bilmək, bəlkə də ömrümüzdə yaşadığımız ən böyük həzzdir. Biz burada qardaşlığın, səmimiyyətin və doğru-dürüstlüyün ləzzətini daddıq. Təsəvvür edirsinizmi, 20 ildir görmədiyimiz dostlarımızla heç bir səmimiyyət azalması olmadan, eyni masada oturub tələbəlik illərinin söhbətini edə bilmək necə bir duyğudur? Bir həftəlik gəzintimizi bu duyğularla tamamladıq və gerçək Azərbaycanın xəyalımızdakı Azərbaycandan daha gözəl olduğunu gördük. Buna çox sevindik. Bu arada Azərbaycan səyahətimizdə bizə yoldaşlıq edən “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri(TUMİB-red.) Çingiz Bayramova da ayrıca təşəkkürlərimi bildirmək istərdim.
- Hər iki qardaş ölkənin arasındakı əlaqələrin daha da güclənməsi üçün hansı təklifləriniz, mesajlarınız ola bilər?
- Hər iki ölkənin arasındakı yaxınlaşmanın daha da güclənməsi üçün öncə iki ölkə insanı da bir-birinə səmimiyyətlə yaxınlaşmalı və bir-birini daha yaxından tanımalıdır. İki ölkədən də qarşılıqlı olaraq, xüsusilə gənclər yay vaxtlarında qruplar olaraq səfərlərdə olmalı, iki xalqın bir-birindən heç bir fərqiı olmadığını gözləriylə görməlidirlər. Qulaqdan dolma, yalan-yanlış bilgilərlə aramızı pozmaya çalışacaq yabançı casusların oyunlarını əlbir olub, pozmamız gərəkdir. Bu an Azərbaycanın ən böyük problemi Qarabağdır. Və bir azərbaycanlı Qarabağ üçün nə düşünürsə, bir türkiyəli də eyni duyğulara sahibdir.

“İki ölkənin təhsil rəhbərləri bir araya gəlməli və başda tarix olmaqla, bütün dərs kitablarını birlikdə hazırlamalıdırlar”

- Təhsil sahəsində iki ölkənin əməkdaşlığını və işbirliyini necə görürsünüz?
- Təhsil sahəsində işbirliyi çox gözəldir. Amma mənə görə yetərli deyil. 1992-ci ildə başladılan qarşılıqlı tələbə mübadiləsi çox gözəl bir işdir. Məncə, ilk olaraq iki ölkənin təhsil rəhbərləri bir araya gəlməli və başda tarix olmaq üzrə, bütün dərs kitablarını birlikdə hazırlamalıdırlar. Qarşılıqlı tələbə ilə birlikdə qarşılıqlı müəllim mübadiləsiylə də bağlı dərs kitablarının oxudulması çox böyük fayda verəcək. Və son olaraq iki ölkənin ali təhsil qurumları bir araya gələrək yüksək bir quruluş qurmalı və bu quruluşa iki ölkənin bütün universitetləri bağlanmalıdır. Yəni Türkiyədə oxuyan bir tələbə girdiyi imtahanda Azərbaycanın hər hansı bir universitetini və ya azərbaycanlı bir tələbə Türkiyənin hər hansı bir universitetini məsləhət görə bilməlidir…
- İqtisadi və siyasi sahələrdə işbirliyi ilə bağlı hansı düşüncələriniz var?
- İqtisadi və siyasi sahələrdə işbirliyi çox gözəl inkişaf edir. İkinci dəfə müstəqilliyini qazanandan bu günə 23 il keçən Azərbaycan xüsusilə iqtisadi sahədə çox sürətlə irəliləyir. Türkiyədə Azərbaycan şirkətlərinin yatırımları sürətlə artır. Eyni şəkildə Azərbaycanda da türkiyəli şirkətlərin sayı bir xeyli çoxdur. Ümid edirəm ki, önümüzdəki dönəmdə başda Qarabağ olmaq üzrə Azərbaycanın və başda terror olmaq üzrə Türkiyənin bütün siyasi problemləri sona yetər.
Bu vəsilylə xüsusilə sizə belə bir müsahibə götürdüyünüz üçün təşəkkür edirəm. Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı!
İlkin AĞAYEV






 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır
09.11.2018
Azərbaycan Prezidentinin rəhbərliyi ilə uğurlu xarici siyasət fəaliyyəti həyata keçirilir
08.11.2018
“Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10469

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info