“Bakı 2015“ Avropa Oyunları yeni brendini təqdim edib
Tarix: 27.08.2014 | Saat: 19:23:00 | E-mail | Çapa göndər


"Bakı 2015" Azərbaycanın tarixi, irsi və mədəniyyətini Avropanın böyük idmanı ilə qürur hissi ilə birləşdirən yeni brendini təqdim edib. Bakının təbii gözəlliyini əks etdirən rəngarəng və heyranedici yeni brend imici yarış obyektləri, biletlər, uniformalar və ilk Avropa Oyunları ilə bağlı satılan bütün əşyalarda əks olunacaq.
Yeni brendin mərkəzində Azərbaycan folklorunda birliyin simvolu olan nar ağacının təsviri var. Azərbaycan irsinin və mədəniyyətinin tarixi simvolları və müxtəlif idman növü və fənlərinin diqqət cəlb edən qrafikaları nar ağacının budaqları ilə bir-birinə bağlanır. "Bakı 2015" Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) əməliyyatlar üzrə baş direktoru Saymon Kleq qeyd edib: "Yeni brend "Bakı 2015" üçün dinamik, yeni özünüifadə tərzi olub qədim Azərbaycan irsi və ölkənin təbii gözəlliyi ilə bağlı qürur hissimizin, həmçinin bizim bütün Avropanın zövq ala biləcəyi innovativ idman yarışını gerçəkləşdirmək istəyimizin simvoludur. Qarşıdan gələn həftələr və aylar ərzində bu brend Avropa Oyunları ilə sinonim olacaq və bizim burada, Azərbaycanda mövcudluğumuzun bütün cəhətləri ilə vizual əlaqə təmin edəcək". Eyni zamanda, yeni imic Bakı 2015-in təkmilləşdirilmiş və yenilənmiş rəsmi veb-saytının yenidən işə salınmasında da istifadə olunub. Əlvan rəngli şüşə şəbəkə, butanın naxış elenmentləri, xalça və toxuculuq naxışlarından nümunələr də daxil olmaqla, bir yerə toplanmış cəlbedici yeni naxışlar Azərbaycan irsinin ölkənin məğrur tarixində mühüm rol oynayan digər simvollarıdır. Yeni imicin yaradılması tenderinin qalibi daha öncə London 2012 Olimpiya və Paralimpiya Oyunları üçün idman brendinin yaradılmasında çalışmış məşhur "SomeOne" agentliyi olub.
"SomeOne" agentliyinin təsisçilərindən biri və icraçı kreativ direktoru Qari Holt deyib: "Layihənin ilkin mərhələlərində Bakıya səfərimiz zamanı şəhərin yaşıllığı və gözəlliyi bizi heyran etdi. Bu bizi canlı mülkiyyətin - Bakı 2015-in nar ağacının yaradılmasına ruhlandırdı. Yeni brenddə idmançılarla Azərbaycan incəsənəti və nar ağacı elə tərtib edilib ki, Bakının gözəl şəraitində qeyd edilən böyük idman tədbiri şəhərin mühitinə uyğun olsun".
Oyunlara qədər geriyəsayım davam etdikcə korporativ dəftərxana ləvazimatlarını, medalları və Bakıdakı reklam lövhələrində təşkilatçı şəhərin təsvirlərini yeni brend imicləri bəzəyəcək. Bakı 2015-in kommersiya direktoru Çarli Vijeratna qeyd edib: "Avropa Oyunlarını gerçəkləşdirmək üçün "SomeOne" agentliyinin yaratdığı gözəl və mürəkkəb naxışlar və qrafikalar zövqümüzü oxşadı. Onlar elə bir imic yaradıblar ki, bu, medallardan tutmuş uniformalara qədər gözlənilən bütün istifadə sahələrimiz və bütün forma və ölçülərimiz üçün effektiv olacaq".
"Bakı 2015" Avropa Oyunlarının yeni rəngarəng brendi ilə www.baku2015.com saytı vasitəsilə tanış olmaq mümkündür.

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info