Təbriz Universiteti AMEA Şərqşünaslıq İnstitutu ilə əməkdaşlıq edəcək
Tarix: 27.08.2014 | Saat: 19:54:00 | E-mail | Çapa göndər


Təbriz Universitetinin bir qrup müəllimi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olublar. Onları İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin sədri İbrahim İbrahimi müşayiət edib. İnstitutdan verilən məlumata görə, təbrizli müəllimlər Milli Məclisin deputatı, Şərqşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva ilə görüşüblər. G.Baxşəliyeva qonaqlara Şərqşünaslıq İnstitutunun tarixindən bəhs edib, İnstitutda iranşünaslıq sahəsində aparılan tədqiqatlar barədə məlumat verib. İ.İbrahimi rəhbərlik etdiyi Mərkəzin Şərqşünaslıq İnstitutu ilə əməkdaşlığından məmnunluğunu bildirərək, bu sahədə gələcək perspektivlərdən danışıb. Təbriz Universitetinin müəllimlərindən tanınmış ədib dr. Fərşbafian, iqtisadçı dr. Ağacani, coğrafiyaşünas dr. Nikcuh, Təbriz Universiteti Muzeyinin müdiri, tarixçi dr. Əbdullahi təmsil etdikləri ali məktəbin Şərqşünaslıq İnstitutu ilə əməkdaşlıq etmək arzusunda olduğunu bildiriblər.
Təbriz Universitetində Azərbaycanşünaslıq Mərkəzinin fəaliyyət göstərdiyini bildirən qonaqlar Şərqşünaslıq İnstitutu ilə birgə elmi tədbirlərin keçirilməsi, tələbələrə elmi dəstək göstərilməsi, kadr mübadiləsi, kitab nəşri və s. ilə bağlı əməkdaşlıq imkanlarından söz açıblar.
Görüşdə Təbriz Universiteti ilə Şərqşünaslıq İnstitutunun 2014-cü ildə müştərək keçirə biləcəyi bir neçə elmi tədbirin perspektivləri müzakirə olunub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur
13.11.2018
1100-dək kiçik ailə təsərrüfatı yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info