Ə.Həsənov: “Nüfuzlu beynəlxalq qurumlar nəticəsiz bəyanatlar verirlər”
Tarix: 27.08.2014 | Saat: 20:54:00 | E-mail | Çapa göndər


"Dünya birliyi, nüfuzlu beynəlxalq qurumlar münaqişələrin həlli üçün konkret addımlar atmaq əvəzinə, təəssüflər olsun ki, öz missiyalarını yalnız nəticəsiz bəyanatlar verməklə, kağız üzərində qətnamələr qəbul etməklə yerinə yetirir ki, bu da onlara bəslənilən inam və etimadı günü-gündən azaldır". Bunu Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənov avqustun 27-də İraq dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Heydər Əl-Barrakı qəbul edərkən deyib. Əsasən bu gün İraqda cərəyan edən proseslərdən, bunun nəticəsində yaranmış qaçqın və məcburi köçkünlərdən söhbət açılan görüşdə Baş nazirin müavini Əli Həsənov Azərbaycan hökumətinin bu ölkədə baş verənlərdən, gedən proseslərdən narahatlığını ifadə edərək bildirib ki, hər il dünyda bu cür münaqişələr, konfliktlər nəticəsində milyonlarla günahsız insan əziyyət çəkir, qaçqın və məcburi köçkünlərin sayı getdikcə artır: "Lakin çox təəssüflər olsun ki, dünya buna göz yumur, milyonlarla günahsız insanın həlak olmasına, qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə biganəlik göstərir". O, bunların bariz nümunəsi kimi, İraqda baş verənləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini, bunların nəticəsində yaranmış qaçqın və məcburi köçkün problemini önə çəkib.
BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qoşunlarının Azərbaycan ərazisindən çıxarılmasını tələb edən 4 qətnaməsinin 20 ildən çoxdur ki, kağız üzərində qalmasını, ATƏT-in Minsk qrupu həmsədrlərinin münaqişənin həllində heç bir konkret nəticə əldə edə bilməməsini, 1 milyon 200 min vətəndaşımızın hələ də qaçqın və məcburi köçkün vəziyyətində yaşamasını bu inamsızlığın nəticəsi kimi dəyərləndirən Baş nazirin müavini bütün bunların arxasında siyasi güclərin iqtisadi maraqlarının dayandığını da istisna etməyib.
Cərəyan edən hadisələr nəticəsində İraqın da qaçqın problemi ilə üzləşdiyi, yüz minlərlə iraqlının evlərini tərk etmək məcburiyyətində qaldığı bildirilən görüşdə qeyd edilib ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarılığı tərəfindən 20 iyun 2014-cü il tarixində verilmiş bəyanatda da qeyd olunur ki, iraqlı qaçqınların ümumi sayı 1 milyon 400 min nəfərə çatıb və bu göstəriciyə görə İraq dünyada ikinci yerdə qərarlaşıb.
Diplomat hər iki dost ölkənin bu cür ağır problemlərlə üzləşdiyinidən təəssüfləndiyini bildirib. Bu cür əldalətsizliklərin sonu olacağına əminlik ifadə olunan görüşdə səmimi qəbula görə minnətdarlığını bildirən iraqlı diplomat İraqı Azərbaycan üçün Ərəb dünyasının, Azərbaycanı isə İraq üçün Cənubi Qafqazın qapısı kimi dəyərləndirib. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub, ətraflı fikir mübadiləsi aparılıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
23.03.2019
Naxçıvanlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Bakıya gəliblər
22.03.2019
İtaliyanın “Agenzia Nova” saytı Novruz bayramının adət-ənənələrindən yazır
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub
20.03.2019
Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info