Regionlarda sağlam həyat tərzi təbliğ edilir
Tarix: 27.08.2014 | Saat: 20:56:00 | E-mail | Çapa göndər


Milli Olimpiya Komitəsi, Olimpiya Oyunlarının Ümumdünya Tərəfdaşı olan Coca-Cola şirkəti ilə birgə həyata keçirdiyi “Fəal Ailəm, Sağlam Aləm” proqramı çərçivəsində Xaçmaz şəhərinin Olimpiya İdman Kompleksində şən idman tədbirini təşkil edib. Tədbirin əsas məqsədi Olimpiya hərəkatı və sağlam həyat tərzinin geniş əhali kütləsi arasında təşviq etməklə insanları, xüsusilə uşaqları, gəncləri və böyükləri Olimpiya hərəkatının fəal üzvlərinə çevirməkdən ibarətdir.
Tədbirin rəsmi hissəsində Xaçmaz Olimpiya Kompleksinin sədri Z.Rafiq və MOK-un İcra aparatının rəhbərinin köməkçisi H.Rzayev çıxış ediblər. Çıxışının sonunda H.Rzayev belə möhtəşəm tədbirin keçirilməsində aidiyyəti bütün hökumət, idman və qeyri-idman qurumlarına, tədbirin təşkilatçılıq işlərində könüllü kimi iştirak edən insanlara xüsusi təşəkkürünü bildirib.
Bədii və əyləncəli nömrələrdən sonra yarışmaya start verilib. Qaliblərə və yarış iştirakçılarına Beynəlxalq Olimpiya Komitəsinin diplomları, Milli Olimpiya Komitəsinin və Coca-Cola şirkətinin hədiyyələri ilə mükafatlandırılıblar. Növbəti tur oyunların qalibləri Əlipaşayevlər ailəsi olublar.
Proqram çərçivəsində gələcək müsabiqələr Bakı və Azərbaycanın regionlarında keçiriləcək. Paytaxt və regional məktəblərdə sağlam həyat tərzi seminarları və idman yarışları keçirilir. Qeyd edək ki, Olimpiya çempionu Fərid Mansurov və Azərbaycanın əməkdar artisti Tünzalə Ağayeva FASA-nın daimi səfirləridir.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib
19.09.2018
Uşaqlar üçün yardım Mərkəzi tərəfindən 113 nəfərə müxtəlif növ yardım göstərilib
19.09.2018
Neftçilərə yeni mənzillərin orderləri təqdim edilib
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info