Əlillərə dair yeni qanun layihəsini beynəlxalq qurumlar yüksək dəyərləndirir
Tarix: 27.08.2014 | Saat: 21:59:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) UNİCEF-in nümayəndəsi ilə birgə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” yeni Qanun layihəsinin təkmilləşdirilməsi sahəsində aparılan işlər müzakirə olunub. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının 2008-ci ildə Azərbaycan tərəfindən qəbul olunduğunu qeyd edərək, Konvensiyanın icrası istiqamətində görülən işlərdən bəhs edib. Nazir müavini bildirib ki, BMT-nin Əlilliyi olan şəxslərin hüquqları üzrə Komitəsinin cari ilin aprelində Cenevrədə keçirilmiş 125-ci və 126-cı iclaslarında Azərbaycanın bu sahədə gördüyü işlər barədə ilkin məruzəsi məmnunluqla qarşılanıb. Eyni zamanda, ölkəmizdə hazırlanan və həmin Konvensiyanın prinsiplərini özündə əks etdirən “Əlilliyi olan şəxslərin hüquqları haqqında” yeni qanun layihəsi BMT-nin qeyd olunan komitəsinə təqdim olunub və komitə tərəfindən layihəyə müsbət rəy verilib. Hazırda layihə komitənin bir sıra kiçik tövsiyələri əsasında daha da təkmilləşdirilir. ƏƏSMN sağlamlıq imkanları məhdud uşaqlar və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların sosial reabilitasiyası ilə bağlı iş sahələrində olduğu kimi, bu işlərdə də UNİCEF-in Azərbaycan nümayəndəliyi fəal əməkdaşlıq edir. UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəsmisi Ramiz Behbudov ölkəmizdə əlilliyi olan şəxslərlə bağlı mili qanunvericiliyin ümumbəşəri dəyərlərə uyğunlaşdırlması sahəsində aparılan işləri yüksək dəyərləndirib. O, UNİCEF-in bu sahədə aparılan işlərə daim dəstək vermək əzmində olduğunu vurğulayıb. Görüşdə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” yeni qanun layihəsinin təkmilləşdirilməsi işlərində BMT-nin Əlilliyi olan şəxslərin hüquqları üzrə Komitəsinin rəy və tövsiyələrinin nəzərə alınması vəziyyəti nəzərdən keçirilib, bu sahədə cari vəziyyət və qarşıda duran vəzifələr müzakirə olunub.


İlkin




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
PAŞA Bank sərfəli şərtlərlə ipoteka krediti təklif edir
21.11.2018
Azərbaycanda qızları olan ailələrlə bağlı yeni təkliflər
20.11.2018
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
20.11.2018
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info