Anxel di Mariya: “Real”da məni aldatdılar”
Tarix: 27.08.2014 | Saat: 23:38:00 | E-mail | Çapa göndər


“Mançester Yunayted"in yeni transferi Anxel di Mariya "Real"dan öz istəyi ilə ayrılmadığını deyib. Argentinalı yarımmüdafiəçi "Marca" qəzetində yayımlanan müraciətində Madrid klubunun ona verdiyi vədləri yerinə yetirmədiyini bildirib:
"Real"dan ayrılmaq sırası mənə gəldi. Ancaq mən bu klubu öz istəyimlə tərk etmədim. Çempionlar Liqasının kubokunu qazandıqdan sonra klub rəhbərliyinin mənimlə müqavilənin şərtlərini yaxşılaşdıracağını gözlədim. Ancaq bu, gerçəkləşmədi. Bəzi məsələlər barədə danışıqlarımız oldu, amma məni aldatdılar”. Madrid klubundan pula görə ayrılması ilə bağlı iddialara da münasibət bildirən di Mariya deyib: "Mən sadəcə hər şeyin ədalətli olmasını istəmişəm. "Real"ı pula görə tərk etməmişəm. Madrid klubu ilə bəzən pis nəticələrimiz olub. Ancaq bunu əminliklə deyə bilərəm ki, bütün matçlarda ən yaxşı oyunumu nümayiş etdirməyə çalışmışam". Xatırladaq ki, di Mariya "Mançester Yunayted"lə beş illik müqavilə imzalayıb. “Mançester Yunayted” klubunun baş məşqçisi Lui Van Qal yarımmüdafiəçi Anxel di Mariyanın keçidini şərh edib. Hollandiyalı mütəxəssis transferdən məmnun olduğunu qeyd edib. O, argentinalı futbolçunun dünya səviyyəli oyunçu olduğunu qeyd edib: “Ən əsası isə odur ki, o, komanda futbolçusudur. Di Maria sol ayağı ilə oynayan cürətli və texnikalı oyunçudur. Belə oyunçular qarşısında ən möhkəm müdafiə belə əsir. Onun texnikasına, oyunu öz üzərinə götürmək, rəqib oyunçuları aldatmaq bacarığına baxmaq başqa aləmdir. O, komanda üçün yaxşı əlavədir”.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
UEFA Çempionlar Liqası: Roberto Firmino “Liverpul“ klubuna qələbə qazandırıb
18.09.2018
UEFA Çempionlar Liqası: “İnter” və “Barselona“ qələbə qazanıblar
18.09.2018
Bakıda Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin iclası keçirilib
18.09.2018
UEFA Çempionlar Liqası: Məhəmməd Salah Neymara qarşı
18.09.2018
Azərbaycan üzgüçüsü dünya kubok yarışlarında qızıl medal qazanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info