Avropa Ukraynaya yardım etməyə tələsmir
Tarix: 28.08.2014 | Saat: 00:29:00 | E-mail | Çapa göndər


Amerikanın "Politico" nəşrində ölkənin intellektual icmasının görkəmli nümayəndəsi və eyni zamanda ABŞ-ın xarici siyasətini müəyyənləşdirən siyasi icmalçı Tomas Qremin şəxsi fikirləri ilə müşahidə edilən məqaləsi çap edilib. Müəllif bildirir ki, “bu gün Kremlin dəstəklədiyi silahlı üsyançılara qarşı Ukrayna ordusu böyük çətinliklə də olsa müqavimət göstərdiyi bir vaxtda, Rusiyanın «humanitar karvanları», başqa dillə desək, hərbi texnikası Ukrayna ərazisində hərəkət etməkdədir. Lakin Avropada bir il əvvəl tamamilə ağlasığmaz kimi görünən münaqişənin siyasi həllinə ümid hazırda az da olsa baş qaldırıb.
Çərşənbə axşamı, Ukrayna Prezidenti Poroşenko və Rusiya Prezidenti Vladimir Putin Avropa liderləri ilə birgə keçirilən görüşdə suallara cavab tapmağa cəhd ediblər. Belə şəraitdə, ən yaxşı halda belə, tərəflərin heç biri hansısa irəliləyiş həlli gözləmir: lakin bu görüşlər gələcək danışıqlar üçün stimul yaradır. Təbii ki, mahiyyətindən asılı olmayaraq, bütün böhranlar son həddə diplomatik danışıqlarla başa çatır. Lakin bu məqamda da əsas amil kimi münaqişənin konturları önəm kəsb edir: bu da əsasən vəsaitlərdən asılı olacaq. Yəni tərəflərə sərf edəcək və ya narazılıq yaradacaq hallara hazır olmalıdırlar.
Əvvəla qeyd edək ki, Rusiya onun həyati maraqlarını müdafiə naminə bir çox qurbanlar verməyə hazır olduğunu nümayiş etdirir. Belə ki, Qərbin tətbiq etdiyi sanksiyalar ölkəyə ziyan verməsinə baxmayaraq, Rusiya Ukraynanın Şərqində baş verən hadisələrin qarşısını almaq arzusunda olduğunu bir daha nümayiş etdirdi. Kreml başa düşür ki, iqtisadiyyatındakı durğunluq onun özü üçün böyük təhlükədir. Putinin əks-sanksiyaları , Qərbdən müəyyən növ qida məhsullarının idxalına qadağa Rusiyaya çox zərər verir. Bundan əlavə, Krıma görə ,Rusiya 2020-ci ilədək daha 20 milyard dollarından keçməli olacaq.
Bəs, Qərb? Yüksək mənəvi narahatlıqlara baxmayaraq, Qərb ölkələri Ukraynanın müdafiəsi üçün Rusiyanın təcavüzünə qarşı getməyə hazır deyillər. Münaqişənin əvvələrində onlar üçün gücdən istifadə etmək istisna edilmirdi. Lakin sonralar isə onlar siyasi və iqtisadi sanksiyalar hesabına Rusiyanı cəzalandırmaq yolunu seçdilər. Amerika Birləşmiş Ştatlarının təkidi ilə daha güclü sanksiyaların tətbiqinə rəğmən, Avropa tərəfdaşları daha az riskli mövqe nümayiş etdirdilər. Xatırlatsaq ki, Rusiyanın Amerika ilə ticarət həcmi Avropadan 10 dəfə azdır, Qərbin sanksiya məsələsinə ehtiyatlı yanaşması Rusiyanı o qədər də qorxutmur. Sanksiyalardan əlavə, Ukraynanın iqtisadiyyatını dirçəltmək üçün Qərbin dəstəyinə ehtiyacı var.
Hələ böhrandan əvvəl Ukrayna liderlərinin hesablamalarına əsasən, 2014-2015-ci illər üçün ölkənin maliyyələşdirilmə sahəsindəki boşluğu doldurmaq üçün 35 milyard dollar lazımdır. Bundan əlavə, iqtisadiyyatın bərpası və modernləşdirilməsi üçün daha 10 milyardlarla dollara ehtiyac var. Hələlik Avropa tərəddüd edərək, susur. Böyük pullar verməkdən qorxur.
Ağasəf BABAYEV




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar
15.11.2018
Yaponiya yaxın 5 ildə 345 minədək əcnəbi işçi qəbul edə bilər
15.11.2018
Rusiya ilə danışıqlar 1956-cı ilin bəyanatı üzərində qurulub
14.11.2018
Mari Le Pen Makron və Merkelə qarşı: Avropa ordusu heç bir halda meydana çıxmamalıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10478

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info