İlin sonuna kimi əhali 100 faiz rəqəmsal yayımla təmin olunacaq
Tarix: 28.08.2014 | Saat: 00:46:00 | E-mail | Çapa göndər


Prezidentin tapşırığına uyğun olaraq, dövlət qurumlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir. Qəbullar zamanı vətəndaşların müraciətləri dinlənilir, qaldırılan məsələlərin və təkliflərin operativ həlli üçün müvafiq tədbirlər görülür.
Avqustun 27-də rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Qubada bu rayondan, eləcə də Qusar və Xaçmazdan olan vətəndaşları qəbul edib. Qəbuldan əvvəl nazir Əli Abbasov Quba rayonunun Dağlı kəndində yerləşən, yenilənmiş radioteleviziya yayım stansiyasına baxıb. Qəbula gələn vətəndaşların müraciət və təklifləri əsasən əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, rabitə, televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, işlə təminat və digər məsələlərlə bağlı olub.
Nazirliyin idarə rəislərinin, struktur rəhbərlərinin də iştirak etdikləri qəbulda nazir Əli Abbasov vətəndaşların təklifləri və qaldırdıqları məsələlərlə bağlı müvafiq göstərişlər verib. Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər isə aidiyyəti orqanlara çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.
Qəbuldan sonra nazir Əli Abbasov ətraf rayonların telekommunikasiya qovşaqlarının rəhbər şəxsləri ilə videokonfrans keçirib. Nazir yerlərdə qarşıya çıxan çətinliklər, eyni zamanda, yeni təkliflər barədə fikirləri dinləyib, müvafiq göstərişlər verib. Qeyd edək ki, Əli Abbasov jurnalistlərə acıqlamasında bildirib ki, ilin sonuna kimi Azərbaycan əhalisi 100% rəqəmsal televiziya siqnalı ilə əhatələnəcək. Onun sözlərinə görə, hazırda Azərbaycan üzrə rəqəmsal televiziya proqramlarına çıxış təxminən 95-96%-dir: “Bizim məqsədimiz vətəndaşların müasir rəqəmli televiziyaya çıxışını təmin etməkdir. Bu da bizim proqrama əsasən ilin sonuna kimi həyata keçiriləcək. Əgər biz buna nail ola bilsək onda Azərbaycan 2015-ci il yanvar ayının 1-dən artıq Avropada analoq efiri ilə vidalaşan 15-20 inkişaf etmiş ölkədən biri olacaq”.
Nigar




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“ADEX-2018” Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir
25.09.2018
Nəsimi rayonunda yeni park istifadəyə verilib
25.09.2018
Yaponiya Zaqatala və Qax rayonlarına təcili tibbi yardım maşınları verib
25.09.2018
“Loqos” psixoloji maarifləndirilmə sahəsində yeni bir fəaliyyətə imza atıb
25.09.2018
Azərbaycana, o cümlədən Naxçıvana gələn turistlərin sayını artırmaq üçün geniş imkanlar var

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info