Misirdə “Qarabağ – Qafqazda sülh yolu” kitabı ərəb dilində çapdan çıxıb
Tarix: 28.08.2014 | Saat: 17:14:00 | E-mail | Çapa göndər


Misirin paytaxtı Qahirədə Qafqaz və Orta Asiya məsələləri üzrə tanınmış tədqiqatçı Əhməd Əbdoh Tarabikin “Qarabağ – Qafqazda sülh yolu” kitabı nəşr olunub.
Geniş oxucu kütləsi üçün nəzərdə tutulan bu kitab beş fəsildən ibarətdir. Bu fəsillərdə Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağın coğrafiyası, Qafqazda mövqeyi, etnoqrafik-mədəni və dini xüsusiyyətləri, bu məkanın demoqrafik vəziyyəti, müxtəlif dövlətlər tərəfindən işğal olunması, Rusiya imperatorluğunun tərkibinə qatılması məsələlərindən geniş bəhs olunur. Nəşrdə, eyni zamanda, ermənilərin Qarabağa köçürülməsinə zəmin hazırlayan proseslərdən və bu siyasətə təkan verən müqavilələrdən, ermənilərin tarix boyu azərbaycanlılara qarşı törətdikləri soyqırımları və vəhşiliklərdən, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi köklərindən, problemin həlli istiqamətində aparılan danışıqlardan və beynəlxalq təşkilatların bu məsələ ilə bağlı qəbul etdikləri qərar və qətnamələrdən söhbət açılır.
Müəllif kitabda iki uzun sürən münaqişə - Fələstin və Qarabağ münaqişələri arasında da paralellər apararaq mövzunu araşdırmağa çalışır.
Qarabağ münaqişəsi ilə bağlı obyektiv mənbələrin azlığından əziyyət çəkən ərəb oxucusu üçün bu kitab çox əhəmiyyət kəsb edir.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
FAO-nun Romadakı baş ofisində “Azərbaycan otağı”nın açılışı olub
25.09.2018
Azərbaycan ilə ABŞ arasında ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
25.09.2018
XİN:İşğal olunmuş ərazilərdə növbəti təxribatçı addım ağır fəsadlara yol aça bilər
25.09.2018
“Aksam.com.tr”: “Türk Aerokosmik Sənayesi Azərbaycanla əməkdaşlıq etməyə hazırlaşır”
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi “ADEX-2018”də 270-dən çox məmulat nümayiş etdirir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info