Nazirlər Kabineti QHT-lərlə bağlı yeni sənəd təsdiq edib
Tarix: 28.08.2014 | Saat: 17:30:00 | E-mail | Çapa göndər


Nazirlər Kabineti “Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası”nı təsdiq edib.
Qaydaya əsasən dövlət büdcəsinin vəsaitləri hesabına QHT-lər tərəfindən mədəniyyət tədbirinin həyata keçirilməsi ilə bağlı tələb olunan xərclər Mədəniyyət və Turizm Nazirliyi ilə QHT-lər arasında imzalanacaq qrant müqaviləsi əsasında maliyyələşdirilir.
Mədəniyyət sahəsində QHT-nin fəaliyyətinin dəstəklənməsi məqsədilə hər il yanvarın 31-dək nazirlik tərəfindən tədbirlər müəyyən edilir. Müsabiqədə iştirak etmək istəyən QHT-lər hər il martın 1-dək ərizələrini müsabiqənin şərtlərinə uyğun sənədlərlə birlikdə nazirliyə təqdim edirlər. Bu sənədlərə QHT-nin dövlət qeydiyyatına alınması barədə hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti, tədbirin keçirilməsi nəzərdə tutulan mədəniyyət sahəsində mövcud vəziyyətin təhlili, tədbirlə bağlı qarşıya qoyulan vəzifələrin əhatə olunması və gözlənilən nəticələr barədə qısa məlumatlar, tədbirin keçiriləcəyi yer və tarix, tədbirin keçirilməsi ilə bağlı xərclər smetası, tədbirin təşkilatçıları və iştirakçıları ilə bağlı məlumatlar daxildir.
Müsabiqə iştirakçılarının təkliflərinin qiymətləndirilməsi məqsədilə Nazirlik tərəfindən ictimai əsaslarla fəaliyyət göstərən Müsabiqə Komissiyası yaradılır.
Komissiya 9 üzvdən ibarət tərkibdə fəaliyyət göstərir. Komissiyanın 3 üzvü mədəniyyət sahəsində fəaliyyət göstərən QHT-lər tərəfindən irəli sürülmüş namizədlər, digər 6 üzvü isə nazirlik tərəfindən irəli sürülmüş namizədlər sırasından mədəniyyət və turizm naziri tərəfindən təyin edilir. Komissiya QHT-lərin təkliflərini 15 gün müddətində qiymətləndirərək mədəniyyət sahəsi üzrə qalibləri və ikinci yer tutanları müəyyən edir. Müsabiqə qaliblərinin siyahısı Nazirliyin rəsmi elektron saytında dərc edilir və onlara müqavilələrin bağlanılması üçün 5 gün müddətində yazılı dəvət göndərilir. QHT-lər tərəfindən mədəniyyət sahəsində keçirilməsi nəzərdə tutulan tədbirlərin dövlət büdcəsindən maliyyələşdirilməsi ilə bağlı ərizələr hər il mayın 1-dək nazirliyə təqdim edilir.

Fuad




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10461

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info