Ermənistanda xalqın taleyini müəyyən etmək üçün referendum keçirilməsinə ehtiyac var
Tarix: 28.08.2014 | Saat: 17:33:00 | E-mail | Çapa göndər


“Qərbin bəzi dairələri Ermənistanı təcavüzkar kimi göstərməkdən çəkinirlər. Bu müharibədə Ermənistan da yüzlərlə əsgər itirib. Əgər Ermənistan təcavüzkar deyildirsə, onlar Azərbaycan torpaqlarında nə gəzirdilər?” Bunu “Təqsirkarlardan təzminatların tələb edilməsi özü də bir iqtisadi sanksiyadır” mövzusunda dəyirmi masada Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin əməkdaşı Turab Qurbanov söyləyib. O, Azərbaycan və Ermənistanın razılığa gəlməsi yönündə çağırışlara da toxunub: “Deyirlər ki, tərəflər razılığa gəlsinlər. Təcavüzkarlarla təcavüzə məruz qalan niyə eyni səviyyəyə qoyulur? Münaqişənin kompromislə həlli barədə təkliflər səslənilir. İndiyə qədər Azərbaycanın səbr nümayiş etdirməsi kompromis deyilmi? Referendum təklifləri var. Avropanın özündə kompakt yaşayan etnik azlıqlar var. Onlar üçün də referendum təşkil ediləcəkmi? BMT-nin sabiq baş katibi Kofi Annan deyirdi, hər etnik qrup üçün referendum təşkil edilsə, dünyada mikroskopik dövlətlər yaranar. Əslində Ermənistanın özündə xalqın taleyini müəyyən etmək üçün referendum keçirilməsinə ehtiyac var. Prezidentə namizədlərin güllələndiyi Ermənistan nə dərəcədə Avropa ailəsinə yaraşır?”
O bildirib ki, Qərbin Ermənistanın özünün belə tanımadığı Türkiyənin işğalçı ölkə ilə sərhədlərini açılmasını istəməsi qəribə görünür: “Yaxud Serj Sərkisyanın gənclərə müraciətində “Qarabağı biz aldıq, Ağrını da siz alın” deməsinə niyə reaksiya verilmədi?”
Azərbaycana yönəlik ittihamlara toxunan T. Qurbanov 300-400 illik tarixi olan dövlətlərin korrupsiya problemini həll edə bilmədiyini vurğulayıb: “Qərb ölkələrində lobbiçliklə deputatların seçilməsi korrupsiya deyilmi?”
Prezident Administrasiyasının nümayəndəsi beynəlxalq təşkilatların real addım atmamasının anlaşılmaz olduğunu vurğulayıb: “Azərbaycanın mövqeyi qətidir. Münaqişə BMT-nin 4 qətnaməsi, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumların qərarları, Azərbaycanın ərazi bütövlüyü çərçivəsinə həll oluna bilər. Torpaqlar işğaldan azad edilməli, qaçqın və məcburi köçkünlər torpaqlarına qayıtmalıdır. Növbəti mərhələdə Dağlıq Qarabağa ən yüksək muxtariyyət verilə bilər”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Neftçala, Salyan, İmişli və Biləsuvar rayonlarında 20 Yanvar faciəsinin ildönümü böyük izdihamla anılıb
19.01.2019
Erməni parlamentidəki deputatların bir çoxu cinayətkar təbəqə ilə əlaqədə ittiham olunurlar
18.01.2019
“Ermənistanda xalq əvvəlkindən də pis yaşamağa başlayıb”
18.01.2019
“Təhlükəsiz bölgə Suriyanın şimalında sabitlik üçün vacibdir”
18.01.2019
Erməni zabitlər qəzaya uğrayıb: biri ölüb, digəri isə ağır vəziyyətdədir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info