“Ermənistandan təzminat tələb olunması istiqamətində iş aparılacaq”
Tarix: 28.08.2014 | Saat: 17:34:00 | E-mail | Çapa göndər


“Müharibə dayanmayıb, davam edir. Atəşkəs pozulur, dinc insanlar qətlə yetirilir. Əsrin əvvəlində olduğu kimi bu gün də Ermənistanın arxasında duran dövlətlər məkrli siyasətlərindən əl çəkmir, Ermənistan BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsini yerinə yetirmir”. Bunu “Təqsirkarlardan təzminatların tələb edilməsi özü də bir iqtisadi sanksiyadır” mövzusunda dəyirmi masada Nazirlər Kabinetinin Qaçqın və Məcburi Köçkünlərin İşləri, Miqrasiya problemləri şöbəsinin müdiri Qurban Sadıqov bildirib. Q.Sadıqov deyib ki, Ermənistanın Silahlı Təcavüzü Nəticəsində Azərbaycan Respublikasının Məruz Qaldığı İtki və Tələfatların Qiymətləndirilməsi üzrə İşçi Qrupunun fəaliyyətinin təmin edilməsi üçün 50 min manat ayrılıb. Hazırda Ədliyyə və Maliyyə nazirlikləri ilə birlikdə İşçi Qrupunun Nizamnaməsi üzərində iş aparılır, gələn həftə Nazirlər Kabineti tərəfindən təsdiq olunacaq. Onun sözlərinə görə, İşçi Qrupu 2 il müddətində yaradılıb: “İşçi Qrupu 2 il müddətində tapşırılan işi yerinə yetirilməli, hesabatı Nazirlər Kabinetinə təqdim etməlidir. Daha sonra bu hesabat beynəlxalq təşkilatlara təqdim ediləcək, dünya ictimaiyyətinə çatdırılacaq. Daha sonra isə Ermənistan dövlətindən təzminat tələb olunacaq, bu istiqamətində iş aparılacaq”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info