NASA Marsa yeni nəsil raketi göndərəcək
Tarix: 28.08.2014 | Saat: 17:42:00 | E-mail | Çapa göndər


Kosmonavtları asteroidlərə və Mars planetinə çatdıracaq prinsipcə yeni raketin yaradılması prosesində böyük irəliləyişə nail olunub. Bu barədə ABŞ Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) rəsmi nümayəndələri bildirib.
Söhbət kosmik buraxılış sistemindən (Space Launch System) gedir. Bu, mühəndislərin qənaətinə görə, kosmonavt və yükləri kosmosa çatdıracaq yeni nəsil raketdir. Bura asteroidlərə ekspedisiyalar da daxildir. Bundan başqa, məhz bu raket Marsa ilk ekspedisiya üçün nəqliyyat vasitəsi olacaq.
“Bu, çox iddialı proqramdır”, - NASA direktorunun köməkçisi Robert Laytfut deyib. O qeyd edib ki, layihənin texniki və proqram hissəsi uğurla təhlil olunub.
“Bu, NASA-nın istənilən proqramı və layihəsi üçün vacib məsələdir”, - o vurğulayıb.
R.Laytfut onu da əlavə edib ki, konkret missiya üçün raket deyil, bir sıra raket modellərinin yaradılması planlaşdırılır.
Öz növbəsində NASA rəhbərinin digər köməkçisi, tədqiqat və əməliyyatlara məsul Uilyam Qerstenmayer xatırladıb ki, layihə üzərində iş artıq üç ildir davam edir. Hazırda mühəndis və mütəxəssislər bilavasitə raketin yaradılmasına başlayırlar. U.Qerstenmayer deyib ki, raket mühərrikinin, eləcə də onu Yer atmosferindən kənara çıxaracaq pillələrin sınağı oktyabr-noyabrda keçiriləcək.
Yeni raketin iki – kiçik yükləmə (77 ton) və böyük yükləmə (143) tipinin yaradılması nəzərdə tutulur. Kiçik raketin yaradılmasının dəyərinin qiymətləndirilməsi 7 milyard dollar təşkil edir.
Bununla yanaşı, NASA nümayəndələri yeni raketin dəqiq buraxılma tarixini açıqlamayıblar. Agentlik təmsilçiləri qeyd ediblər ki, qarşıda görüləsi çətin işlər var və nəticədə real və etibarlı aparatın ərsəyə gəlməsi gözlənilir. Odur ki, hazırda dəqiq vaxt barədə danışmaq düzgün olmaz.
Fuad




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info