İsmayıl Alper Coşqun: “Biz birlikdə dünyaya tarixi gerçəkliyi çatdırmağa davam edəcəyik”
Tarix: 28.08.2014 | Saat: 17:53:00 | E-mail | Çapa göndər


Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun Türkiyənin yeni seçilmiş prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasiminə Ermənistanın dəvət olunmasına münasibət bildirib. İ. Coşqun deyib ki, Türkiyədə xalqın dövlətlə bütünləşməsi baxımından baş verən dəyişikliyi tək Türkiyənin dostlarının deyil, hər kəsin görməsi faydalıdır. Onun sözlərinə görə, andiçmə mərasimində hər kəs Türkiyənin dostluğunun çox dəyərli olacağını görəcək: “Türkiyə ilə tarixi təhrif etməklə, gərəksiz qarşıdurmaya sürüklənmək heç kimə fayda gətirməyəcək. Amma gerçəklərlə üzləşməklə, Türkiyənin dostluğunu qazanmaq hər kəsə faydalı olacaq”.
Ermənistanın andiçmə mərasiminə dəvət edilməsi ilə bağlı spekulyativ xəbərlərin yayıldığını deyən səfir qeyd edib ki, hətta ölkə prezidentinə çağırış edənlər var: “Türkiyənin Azərbaycandakı səfiri kimi bir xahişim var: bu kimi hadisələr olan zaman suallar verməzdən necə Türkiyənin keçmişinə baxın. Bu gün keçiriləcək mərasim Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimidir. Bu o şəxsdir ki, Bakıya gəldi və Milli Məclisdə açıq şəkildə bəyan etdi ki, Türkiyədə Azərbaycan əleyhinə addım atıla bilməz. Rəcəb Tayyib Ərdoğanın bir şeyi söylədiyi zaman onun gerçəkliyi əks etdirdiyini Azərbaycan xalqı da qəbul edir, bunu bilirəm. Ona görə də burada problem olacağı kimi bir həyəcana qapılmaqdan vaz keçin. “Türkiyə ilə Azərbaycan arasında bir problem yarana bilərmi?” deyərək düşünən dairələri həyəcanlandırmaq istəyənlər varsa, bu, başqa məsələdir”.
İ. Coşqun bəyan edib ki, gerçəklikdə Azərbaycanla Türkiyə Dağlıq Qarabağ münaqişəsinin çözülməsi, hər iki ölkənin daha da inkişaf etməsi, üçüncü ölkələrin bu inkişafdan yararlanması üçün birlikdə çalışmaqda davam edəcək: “Azərbaycan torpaqları uzun müddətdir ki, işğal altındadır, bu, qəbuledilməzdir. Biz birlikdə dünyaya tarixi gerçəkliyi çatdırmağa davam edəcəyik. Əksini iddia edənlərə qarşı isə birgə hərəkət edəcəyik və hər dəfə utanmadan, çəkinmədən dostluğumuzun qiymətini anladacağıq. Bunu etmək mövqeyimizdə bir dəyişiklik olduğu anlamına gəlməz. Ona görə də Azərbaycanda hər kəsdən xahişim odur ki, həyəcana qapılmasınlar”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.02.2019
Moskvada Azərbaycanın Rusiyadakı səfirinin Çeçenistanın məsul nümayəndələri ilə görüşü olub
19.02.2019
YAP Pirallahı rayon təşkilatı sədrinin 2018-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə dair hesabatı
19.02.2019
İqtidarın qazandığı hər bir uğur müxalifətin siyasi iflasını sürətləndirir
19.02.2019
Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri təyin edildi - səfir vəzifəsindən geri çağırıldı
18.02.2019
İbrahim Öztek: “Xocalı soyqırımı nankor bir cəmiyyətin xəyanətkar hücumunun son halqasıdır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10605

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 ABŞ-da atışma: xəsarət alanlar var


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info