“Azərbaycana münasibətdə bir dəyişiklik ola bilməz”
Tarix: 28.08.2014 | Saat: 18:18:00 | E-mail | Çapa göndər


“Türkiyədə hansı hökumət olursa olsun, hansı şəxs baş nazir, prezident olursa olsun, Azərbaycana münasibətdə dəstək, qardaşlıq məsələsində bir dəyişiklik ola bilməz”. Bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun deyib. Səfir qeyd edib ki, Türkiyədə tarixi bir olay yaşanıb və ilk dəfə ümumxalq səsverməsi ilə prezident seçilib: “Ancaq istər Türkiyə prezidenti səlahiyyətlərinin icrasına başlayacaq Rəcəb Tayyib Ərdoğanın, istərsə də baş nazir səlahiyyətlərini icra edəcək Əhməd Davudoğlunun dediyi kimi bu, bir bitmə deyil, davamdır. Türkiyənin dövlət ənənəsində də davamlılıq əsasdır. Ancaq Türkiyədə bir qan dəyişikliyi yaşanır və bu dəyişikliyin müsbət nəticələrinin olacağını düşünməyimiz lazımdır”. İ. Coşqun bildirib ki, Türkiyə Nazirlər Kabinetində də dəyişikliklər olacaq. O qeyd edib ki, hər yeni gələcək nazir, Türkiyəni inkişaf etdirməyə, Azərbaycanla münasibətləri inkişaf etdirməyə çalışacaq: “Rəcəb Tayyib Ərdoğan da ilk rəsmi səfərini gələn həftə Azərbaycana edəcək. Bunun özü bütün suallara cavabdır”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
25.05.2019
Parisdə AŞPA-nın Mədəniyyət komitəsinin iclası keçiriləcək
25.05.2019
Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov: “Azərbaycan-İsrail strateji münasibətləri bütün regionda sülhə və təhlükəsizliyə xidmət edir”
25.05.2019
ABŞ Konqresində Azərbaycan Xalq Cümhuriyyətinin 101 illiyi münasibətilə növbəti bəyanat verilib
24.05.2019
“Anatolian Phoenix-2019” təlimləri başa çatıb
24.05.2019
MN: Ermənilər məruz qaldıqları uğursuzluğu absurd bəyanatlarla ört-basdır etməyə çalışırlar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10788

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info