“Erməni lobbisindən maliyyə dəstəyi alan senatorların qətnaməyə səs verməsi əsl siyasi korrupsiyadır”
Tarix: 28.08.2014 | Saat: 18:49:00 | E-mail | Çapa göndər


"Erməni lobbisindən seçki kampaniyaları üçün daim külli miqdarda maliyyə dəstəyi alan, onlardan tam asılı vəziyyətdə olan senatorlar lobbini razı salmaq üçün bu qətnaməyə səs veriblər. Bu isə əsl siyasi korrupsiyadır. ABŞ-ın Kaliforniya Ştatında qəbul olunmuş sənədin heç bir hüquqi mahiyyəti yoxdur, o, kağız parçasından başqa bir şey deyil. Bu sənəddə Dağlıq Qarabağ Respublika kimi tanınmır, ştatın belə bir qərar qəbul etmək hüququ yoxdur”.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Elman Abdullayev brifinqdə deyib. Onun sözlərinə görə, Kaliforniyadakı senatorlar erməni təbliğatının qurbanıdır: "Onlar erməni icmasının maliyyə təsiri altındadırlar. Qəbul olunmuş sənədə 40 senatordan 17-i, o cümlədən Senat prezidenti də səs vermədən imtina edib. Sənəd deklorativ xarakter daşıyır və heç bir təsiri yoxdur. Ancaq erməni tərəfi bunun üzərində yalançı təbliğat qurmağa, başda radikal erməni lobbisi olmaqla sadə erməniləri hər zamankı kimi aldatmağa çalışırlar. Bu yalanları biz - Azərbaycan tərəfi ifşa edəcəyik".
Qeyd edək ki, dünən ABŞ-ın Kaliforniya ştatının senatı qondarma "Dağlıq Qarabağ Respublikası"nın müstəqilliyinin tanınması üçün ABŞ Konqresinə və prezidentinə müraciət ünvanlayıb. Erməni KİV-ləri isə bunu Kaliforniya ştatının "Dağlıq Qarabağ Respublikası"nın "müstəqilliyinin" "tanınması" kimi qələmə veriblər.
Bununla bağlı Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu da bəyanatla çıxış edib. Bəyanatda qeyd olunub ki, qətnamə layihəsi bir müddət öncə Kaliforniya Senatının gündəliyinə daxil edilib: "Qətnamə gündəliyə gətirilən andan Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən bütün senatorlara dəfələrlə məktub göndərilib, onlarla çoxsaylı görüşlər keçirilib, qətnamənin tam qərəzli, ABŞ xarici siyasətinə zidd olduğu, o cümlədən etnik təmizləməyə, qanunsuz işğala haqq qazandırdığı diqqətə çatdırılıb. Bundan başqa, Kaliforniyadakı Azərbaycan icması səfərbər olunub, Senata müxtəlif vasitələrlə öz etirazlarını çatdırıb".
Bəyanda göstərilib ki, ştatın Senatındakı 40 senatordan 17-si qətnamənin lehinə səs verməkdən imtina edib: "Erməni lobbisindən seçki kampaniyaları üçün daim külli miqdarda maliyyə dəstəyi alan, beləliklə, onlardan tam asılı vəziyyətdə olan senatorlar isə lobbini razı salmaq üçün bu qətnaməyə səs veriblər. Bu isə əsl siyasi korrupsiyadır. Buna başqa ad vermək mümkün deyil. Bu həmçinin, ABŞ demokratiyasının və siyasi sisteminin qüsurlu olmasının bariz göstəricisidir. Hansısa etnik lobbi razı qalsın deyə, ABŞ-ın rəsmi mövqeyinə və milli maraqlarına zidd olan belə qətnamənin qəbulunun mümkün olması göstərir ki, Amerika siyasi sisteminin ciddi islahatlara ehtiyacı var". Bəyanatda bu qətnamənin hüquqi-siyasi önəmi olmadığı xatırladılıb və "deklarativ xarakterli kağız parçası" adlandırılıb: "Bütün dünya, eləcə də ABŞ Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır. Belə kağız parçaları bu mövqeyi dəyişmək iqtidarında deyil".

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub
22.09.2018
İranda hərbi parad zamanı terror aktı törədilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info