Xaricdə təhsil alan gənclərə Azərbaycanı geniş təbliğ etmək tövsiyə olunub
Tarix: 28.08.2014 | Saat: 19:27:00 | E-mail | Çapa göndər


Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatı və YAP Nərimanov rayon Gənclər Birliyi xaricdə təhsil alan bir qrup azərbaycanlı gənclərlə görüş keçirib. Görüşü giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev azərbaycanlı gənclərin xarici ölkələrdə təhsili tarixindən bəhs edərək, ulu öndər Heydər Əliyevin bu sahədəki xüsusi xidmətlərindən söz açıb. O, Prezident İlham Əliyevin də bu sahəyə xüsusi diqqət ayırdığını, dövlət başçısının «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı» çərçivəsində hər il gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil ocaqlarında təhsil almalarına şərait yaradıldığını təqdirəlayiq hal kimi nəzərə çatdırıb. Rayon təşkilatının sədri gənclərə yüksək biliklərə yiyələnməklə yanaşı, təhsil aldıqları ölkələrdə Azərbaycanı geniş təbliğ etməyi də tövsiyə edib.
Daha sonra YAP Nərimanov rayon Gənclər Birliyinin sədri Yusif Babanlı çıxış edərək, əsası ümumilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan Gənclər siyasətinin bu gün ölkə başçısı Prezident İlham Əliyev tərəfindən daim yüksələn xətt üzrə inkişaf etdiyini bildirib. Onun sözlərinə görə, dövlətimiz gənclərin yüksək təhsil almasına xüsusi diqqət yetirir. Bu baxımdan, gənclərimizin dünyanın nüfuzlu ali məktəblərinə təhsil almağa göndərilməsinin böyük əhəmiyyəti var.
YAP Nərimanov rayon təşkilatının aparat rəhbəri İradə Hüseynova da ölkə başçımız tərəfindən həyata keçirilən Azərbaycanın daxili və xarici siyasətinin genişşaxəliliyini nəzərə alaraq Azərbaycanın dünyada tanıdılması istiqamətində məhz xaricdə təhsil alan gənclərin böyük rolu olduğunu xüsusi vurğulayıb.
Daha sonra xaricdə təhsil alan azərbaycanlı gənclərdən Şimali Kipr Türkiyə Cümhuriyyətində Doğu Akdeniz Universitetinin tələbəsi Tofiq Hüseynov belə bir görüşün təşkil olunmasından məmnunluq hissi keçirdiyini qeyd edib və ölkəmizdə uğurlu gənclər siyasətinin həyata keçirildiyini, bu siyasətin nəticəsi olaraq azərbaycanlı gənclərin dünyanın nüfuzlu ölkələrində təhsil almalarının ölkə başçısı tərəfindən gənclərə olan diqqət və qayğının bariz nümunəsi olduğunu söyləyib. Litvanın Vilnus Universitetində təhsil alan İsgəndər Hüseynzadə də təhsil aldığı ölkədə Azərbaycanın təbliğinə xüsusi fikir verildiyini, eyni zamanda Prezident İlham Əliyevin dəstəyini hər zaman hiss etdiklərini vurğulayıb.
Görüş iştirakçılarından Türkiyənin İstanbul Universitetində təhsil alan Murad Hüseynzadə, İsveçrənin Bern Universitetində təhsil alan Vüsal Ağarzayev və Almaniyanın Münhen Universitetində təhsilini davam etdirən Coşqun Dadaşov, həmçinin digər görüş iştirakçıları çıxış edərək Azərbaycanın qüdrətli dövlət olduğunu dünyaya sübut edən saysız amillər sırasında azərbaycanlı gənclərin xaricdə təhsil almaları üçün ölkə rəhbəri tərəfindən yaradılmış geniş imkanların da özünü xüsusi əks etdirdiyini vurğulayıblar. Eyni zamanda tələbə-gənclər təhsildəki uğurlarından, təhsil aldıqları ökələrdə Azərbaycanı uğurla təmsil etmələrindən, Qarabağ problemi və Xocalıya Ədalət kompaniyası çərçivəsində aparılan işlərdə geniş tərkibli fəaliyyətlərindən və s. bəhs ediblər. Onlar göstərilən bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər. Sonda görüş iştirakçıları ilə xatirə şəkli çəkilib.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info