Nərimanov işəgötürənləri yeni sistem barədə məlumatlandırılıb
Tarix: 28.08.2014 | Saat: 21:07:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemindən (EİS) istifadə qaydaları barədə işəgötürənlərin məlumatlandırılması məqsədilə Bakının Nərimanov rayonunun işəgötürənləri üçün “Açıq qapı” günü-vətəndaş forumu keçirib. Tədbirdə ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin mütəxəssisləri tərəfindən bildirilib ki, Əmək Məcəlləsinin 49-cu maddəsinə edilmiş dəyişikliyə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı EİS-ə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin sistemdə qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. EİS-ə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir.
Bildirişlərin EİS-ə daxil edilməsi və qeydiyyata alınması qaydaları, bildiriş formasında qeydiyyata alınmaq üçün sistemə daxil edilən əmək müqaviləsində göstərilməsi tələb olunan şərtlər və məlumatlar işəgötürənlərin diqqətinə çatdırılıb. Vurğulanıb ki, bu islahat tədbiri işləyən əhalinin əmək hüquqlarının etibarlı müdafiəsini təmin etməyə və qeyri-leqal əmək fəaliyyətinin qarşısının alınmasına, işəgötürən-işçi münasibətlərinin rəsmiləşdirilməsində və əməyin ödənişinin təşkilində mövcud olan problemlərin aradan qaldırılmasına yönəlib. Bu islahatla bağlı ƏƏSMN tərəfindən işəgötürənlər arasında müvafiq təbliğat-maarifləndirmə işləri aparılır, onlara EİS-dən istifadədə əməli köməklik göstərilməsi üçün bölgələrdə “Yardımçı masaları” yaradılıb, işəgötürənlərə lazımi metodiki köməkliklər göstərilir.
Tədbirdə əmək müqavilələrinin EİS-də qeydiyyatdan keçirilməməsinin qanunvericiliyin pozulması faktı kimi qarşılanacağı və belə hallarla əlaqədar qanunvericiliyin müvafiq maddələri əsasında cəza tədbirləri görüləcəyi bildirilib, işəgötürənlərin ayrı-ayrı sualları cavablandırılıb.

İlkin






 
Bölməyə aid digər xəbərlər
19.01.2019
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib
17.01.2019
Bu il daha 6400-dən çox şəhid hərbi qulluqçunun vərəsələri birdəfəlik ödəmə ilə təmin ediləcək
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info