“iHNed.cz”: “Avropalı şirkətlər Rusiyadakı bazarlarını itirir”
Tarix: 28.08.2014 | Saat: 21:08:00 | E-mail | Çapa göndər


“ABŞ və AB-nin Rusiyaya qarşı sanksiyaları acizlik təzahürüdür”

Son dövrlər Rusiyaya qarşı tətbiq edilən iqtisadi sanksiyalar, eyni zamanda siyasi sanksiyalarla da müşayiət edilməkdədir. ABŞ və AB-nin bu addımından artıq Avropanın kiçik iqtisadiyyata malik ölkələri də zərər çəkməyə başlayıblar. Çexiyanın "iHNed.cz" saytında bu narahatçılıqlarla müşayiət olunan məqalə dərc olunub. Məqalədə ölkə iqtisadiyyatının hazırkı durumu və bu durumun gələcəkdə fəsadları haqqında fikirlər yer alıb. Məqalədə deyilir ki, “sanksiyalar - acizlik təzahürüdür. Siyasətçilər əməkdaşlıq üçün imkanlar görmədiklərini bildirsələr də, bizim şirkətlər Rusiyadakı tərəfdaşları ilə əlaqəni kəsməməlidirlər. Əks- təqdirdə, Rusiyada çex şirkətləri unudularaq, xatirələrdə anılacaq. Ukraynadakı böhranın bugünkü dərinliyi hər iki tərəfdən müəyyən reaksiyalar doğurur. Amerika Birləşmiş Ştatları və Avropa Birliyinin Ukraynanı Qərbə çəkmək səyləri NATO üçün müvəffəqiyyətli ola bilmədi.
Uzun illər nə Avropa, nə Amerika, nə də biz Rusiyanın Ukraynanı neytral dövlət etməyə çalışdığını müşahidə etmirdik. Bundan başqa, avropalılaşmış Ukrayna siyasətçiləri üçün bütün simpatiyalara baxmayaraq, Ukraynanın əhəmiyyətli bir hissəsi Rusiyaya meyillidir. Bu da ölkədə qeyri-sabit vəziyyətin yaranmasına gətirib çıxarıb.
Məsələ bundadır ki, Rusiyanın, Krımı özünə birləşdirəndən sonra separatçılara verdiyi gizli dəstək hadisələri mürəkkəbləşdirirdi. Ukrayna səmasında Malayziyaya məxsus mülki təyyarənin vurulmasının Rusiya nəzarəti altında baş verdiyi iddia edilsə də, prezident Putin əvvəlkindən daha çox məşhurlaşdı. Bu məqamda ABŞ və AB-nin tətbiq etdiyi iqtisadi sanksiyaları, təbii ki, xarici siyasət aktı adlandırmaq düzgün olmazdı. Əksinə, bu, acizlik təzahürüdür. Belə halda, sanksiyalar təbliğata daha çox dəlillər verir və mümkün əks-repressiyalara haqq qazandıra bilər.
Eyni zamanda,avropalı şirkətlər Rusiyadakı bazarlarını itirir. Hazırda 1980-ci illər deyil, 2014-cü ildir. Bu gün Amerika və ya Avropanın ixrac etdiyi ən yüksək texnologiyalı məhsullar digər ölkələrlə əvəz edilə bilər. Bundan əlavə, belə vəziyyətdən əsasən, az ixtisaslaşdırılmış və orta ixrac həcmli kiçik ölkələr əziyyət çəkəcək. Çexiya da həmin ölkələrdən biridir. Lakin sanksiyaların tətbiqini biznes təşkilatları kimi, Çex Respublikasının İqtisadi Palatası da rədd edə bilməz. Bununla belə, Çexiya şirkətləri sanksiyaların mənfi təsirlərini minimuma endirmək və böhranın daha da lazımsız kəskinləşməsinin qarşısını almağa çalışır. Axı niyə başa düşülmür ki, spiralvari sanksiyalar hesabına biz hamımız əziyyət çəkirik. Buna görə də biz, siyasətçilərdən fərqli olaraq, rusiyalı həmkarlarımızla əlaqələr saxlamalı və ilk növbədə, Moskvadakı Rusiya Ticarət Palatasınıı ziyarət etmək üçün bir fürsət aramalıyıq. Biz AB çərçivəsində dövlət qurumları ilə əməkdaşlıq etməyə də hazırıq. Bu məqsədlə son həftələrdə Çexiya firmalarında sanksiyaların təsirini azaltmaq üçün nəzarət komissiyaları yaradılıb. Biz bunu alqışlayırıq. Rusiyanın Çexiyaya ixracat dəstəyini gücləndirməsi vacibdir. Hazırda bu, Brüsselə maliyyə yardımı üçün göndərilən sorğudan daha da önəmlidir”.
Ağasəf BABAYEV






 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info