“Hazırda əsas məsələ atəşin dayandırılmasıdır”
Tarix: 28.08.2014 | Saat: 23:34:00 | E-mail | Çapa göndər


“Rəsmi Kiyev Ukraynadakı bütün bölgələrin, xalqların və siyasi qüvvələrin bərabərliyini təmin etmək üçün ləngimədən ümummilli dialoq təşkil etməlidir”. Bunu Rusiya XİN başçısı Sergey Lavrov deyib.
“Hazırda əsas məsələ atəşin dayandırılmasıdır. Və Ukrayna tərəfi özünün Cenevrədə 17 aprel razılaşmasında öhdəsinə götürdüyü kimi bütün Ukrayna regionlarını ümummilli dialoqa dəvət etməlidir. Ukrayna üzrə ATƏT-in təmas qrupunun fəaliyyətini bərpa etməsi vacibdir. Minsk təmas qrupunun görüşləri üçün münasib yerdir. Luqansk və Donetskdə atışmalar gedir. Danışıqları Minskdə davam etdirmək olar”- deyə Lavrob bildirib. O, əlavə edib ki, Rusiya Qərblə qarşıdurmada və sanksiyalar məsələsinin uzanmasında maraqlı deyil: “Sadəcə deyə bilərəm ki, Ukraynaya qədər də Rusiyaya hücumlar var idi. Hər şey daha əvvəl başlayıb. Bizi Suriyada demokratik inqilaba mane olmaqda ittiham edirdilər, guya biz diktator Əsədə dəstək veririk. İndi isə Əsədlə daha iş görməyəcəklərini demiş o adamları dinləmək maraqlı olar. Bu gün məlum olur ki, istəsək də, istəməsək də, Əsədlə əməkdaşlıq etməli olacağıq, əgər “İslam dövləti” terrorçularına qalib gəlmək istəyiriksə”.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir
22.09.2018
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür
21.09.2018
Yalnızlıq qorxusu
21.09.2018
“Gənclərimiz daha məntiqli və faydalı yol tutmalı, müsbət davranış nümunəsi göstərməlidirlər”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info