Neftçala məktəblilərinin ekskursiya ünvanı ölkənin qərb bölgəsidir
Tarix: 29.08.2014 | Saat: 00:51:00 | E-mail | Çapa göndər


Dünən Neftçala şəhərinin mərkəzi meydanında böyük izdiham olub. Rayon rəhbərliyi, müəllimlər, valideynlər və ictimaiyyətin nümayəndələri “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunmuş tur-aksiyasının Neftçala rayonundan olan iştirakçılarını Gəncə-Göygöl-Şəmkir marşrutu istiqamətində yola salmaq üçün şəhərin Heydər Əliyev parkına toplaşıblar.
Tur-aksiyanın iştirakçıları parkda ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Qrupun rəhbəri, Yeniqışlaq kənd ümumi orta məktəbinin direktoru Ülvi Fərzəliyev dörd gün davam edəcək tur-aksiyanın iştirakçılarının Gəncə şəhərinin, Göygöl və Şəmkir rayonlarının tarixi abidələri, görməli yerləri, sosial-iqtisadi inkişafı ilə yaxından tanış olacaqlarını vurğulayıb, məktəblilər üçün belə bir imkanın yaradılmasına görə dövlətimizin başçısına minnətdarlığını bildirib. Tur-aksiyanın digər iştirakçıları-Neftçala şəhər 4 nömrəli tam orta məktəbinin direktor əvəzi Şəfəq Balaşova, şəhər 1 nömrəli tam orta məktəbinin IX sinif şagirdi Elnur Mahmudov, Aşağı Surra kənd tam orta məktəbinin XI sinif şagirdi Elgün Abdıyev və başqaları da sevinclərini göstərilən diqqət və qayğıya görə Prezidentə minnətdarlıqlarını bildiriblər.
Mərasim iştirakçılarının xeyir-duası ilə tur-aksiyanın iştirakçıları onlar üçün ayrılmış xüsusi avtobusla müəyyən edilmiş marşrut üzrə ölkənin qərb bölgəsinə yola düşüblər.




 
Bölməyə aid digər xəbərlər
21.03.2019
Qarabağa şölə saçan Novruz tonqalları
20.03.2019
Əcnəbi tələbələr: Novruz bayramı Naxçıvanda daha möhtəşəm keçirilir
19.03.2019
Lənkəranda kimsəsiz uşaqlar üçün Novruz şənliyi təşkil edilib
19.03.2019
Ağcabədidə şəhid ailələrinə bayram sovqatı paylanılıb
19.03.2019
Qaradağ rayonunda Novruz şənliyi təşkil olundu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10701

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 “Bahar“ Qadınlar İnkişaf Qrupuna müasir tikiş maşınları verilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info