İlin ilk yarısında Azərbaycana 360 mindən artıq rusiyalı turist səfər edib
Tarix: 29.08.2014 | Saat: 00:56:00 | E-mail | Çapa göndər


2014-cü ilin birinci yarısında Azərbaycana 361 min Rusiya vətəndaşı səfər edib. Bu barədə Rusiyanın Turizm üzrə Federal Agentliyinin ("Rosturizm") rəsmi saytında yerləşdirilmiş statistik məlumatda deyilir.
"Rosturizm"in məlumatına görə, bu ilin birinci yarısında Rusiya vətəndaşları tərəfindən xaricə turist səfərlərinin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 3 faiz azalaraq 20,139 milyon nəfər təşkil edib. Ötən ilin analoji dövrünə nisbətən Azərbaycana səfər edən rusiyalı turistlərin sayı 13 faiz azalıb. Müqayisə üçün: 2013-cü ilin birinci yarısında Azərbaycana 415 min Rusiya vətəndaşı gəlmişdi. Rəsmi statistik məlumata görə, 2014-cü ilin birinci yarısında Rusiyadan nisbətən daha çox sayda turistin səfər etdiyi ölkələrin sırasına Finlandiya (2,195 milyon nəfər), Türkiyə (1,794 milyon) və Ukrayna (1,593 milyon) daxildir. Azərbaycan bu siyahıda 17-ci yerdədir. Göstərilən dövrdə Rusiyaya Azərbaycandan 347 min turist səfər edib.
"Rosturizm"in statistikası fərdi turistləri, eləcə də xaricə bir neçə günlük işgüzar səfər edənləri nəzərdə tutur.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info