Gələn il dövlət büdcəsinin 5 faizə yaxın artımı gözlənilir
Tarix: 29.08.2014 | Saat: 01:14:00 | E-mail | Çapa göndər


Maliyyə Nazirliyi Azərbaycanın 2015-ci il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasını və proqnoz göstəricilərini hazırlamağa başlayıb. Büdcə siyasətinə uyğun olaraq Maliyyə, İqtisadiyyat və Sənaye nazirlikləri qarşıdakı illərdə ölkənin sosial-iqtisadi, büdcə-fiskal, maliyyə, vergi, gömrük və digər sahələrə dair inkişaf konsepsiyasını, proqnoz göstəricilərini, maliyyə balansını və digər sənədləri hazırlayacaq. Eyni zamanda, müvafiq iqtisadi qurumlar ortamüddətli dövr üzrə Azərbaycanın iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərini tərtib edəcək.
Maliyyə Nazirliyindən verilən məlumata görə, gələn il üçün dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun (ÜDM) təxminən 30%-i həcmində nəzərdə tutulur. Proqnozlara əsasən, 2014-cü ildə ölkədə ÜDM-in 3,4%-i səviyyəsində real artımı gözlənilir. Azərbaycanda ÜDM-in həcmi 2013-cü ildə 57 mlrd. manatdan artıq olub və 2015-ci ildə bu rəqəm 62,9 mlrd. manat (artım 6%) səviyyəsində proqnozlaşdırılır. Beləliklə, gələn il büdcənin də 5%-ə yaxın artımı baş verəcək. 2015-ci ildə qeyri-neft sektoru üzrə daxilolmaların dövlət büdcəsi gəlirlərinin tərkibində xüsusi çəkisinin cari ilin proqnozu ilə müqayisədə 7-9% artacağı gözlənilir.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Əsrin müqaviləsi”nin ildönümü: istehsalat müəssisəsi istismara verilib
20.09.2018
SOCAR-ın bir qrup əməkdaşı “Fəxri neftçi” döş nişanı ilə təltif olunub
20.09.2018
Özbəkistan Bakı-Tbilisi-Qars vasitəsilə yük daşınmasını artıracaq
20.09.2018
Azərbaycanın dostlarının sayı artır
20.09.2018
Kənd təsərrüfatının istehsalı 4,2 faiz artıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info