Polislərin videokameralarla təchiz olunması təklif edilir
Tarix: 29.08.2014 | Saat: 17:06:00 | E-mail | Çapa göndər


ABŞ senatoru Kler Makkasill ölkənin bütün patrul polislərini avtomobilə quraşdırılan videoregistrator tipli portativ videokameralarla təchiz etmək təklifi ilə çıxış edib. Bu texnologiyanın tətbiqi ucuz başa gəlsə də, onun köməyi ilə hüquq-mühafizə orqanları tərəfindən əsaslandırılmamış zorakılıq problemini və digər sui-istifadə hallarını həll etmək mümkün olacaq.
Bu təklif ilk dəfə deyil səsləndirilir. Belə ki, əksər hüquq müdafiə təşkilatları əvvəllər də polisləri videoregistratorlarla təchiz etməyi təklif edib. Lakin bu təklif ilk dəfədir ki, parlamentin yuxarı palatasında səsləndirilir.
Artıq bir sıra ştatların polis şöbələrində patrul polislərinin bu avadanlıqla təchiz edilməsinə başlanıb. Bu yaxınlarda aparılan araşdırmadan məlum olub ki, bundan sonra zorakılığın tətbiqi ilə insidentlərin, eləcə də əhali tərəfindən daxil olan şikayətlərin sayı xeyli azalıb.
Hüquq-mühafizə orqanları təşəbbüsün əleyhinə çıxsalar da, ictimaiyyət tərəfindən dəstəklənib. Çünki Ağ Evin saytında müvafiq petisiyanı 150 min nəfər imzalayıb və bundan sonra hökumətin buna reaksiya verərək rəsmi cavab verməsi gözlənilir.
Fuad




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Yalnızlıq qorxusu


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info