Qubadlı rayonunun işğalından 21-ci il ötür
Tarix: 29.08.2014 | Saat: 17:28:00 | E-mail | Çapa göndər


Qubadlı rayonunun işğalının 21-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, rayon ictimaiyyəti, idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları öncə Sumqayıt şəhərindəki Şəhidlər Xiyabanını ziyarət ediblər. Sonra tədbir Sumqayıt şəhərində yerləşən Olimpiya İdman Kompleksində davam etdirilib. Tədbirdə çıxış edən Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı M.İsaqov rayonun işğalı, məcburi köçkün həyatı yaşamağa məcbur olan rayon sakinlərinin sosial-iqtisadi problemlərinin həlli istiqamətində görülən işlərdən danışıb: “21 ildir ki, məcburi köçkün həyatı yaşasa da, qubadlılılar hər gün Qubadlı həsrəti ilə yaşayır. Nə üçün BMT Təhlükəsizlik Şurası, Avropa Şurası və digər beynəlxalq strukturlar bu vəziyyətə biganədir? Nə üçün BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi yerinə yetirilmir? Gürcüstan və Ukraynaya münasibətdə bir cür, Azərbaycana münasibətdə tamam fərqli mövqe ortaya qoyulur. Biz əminik ki, prezident İlham Əliyevin apardığı siyasət nəticəsində torpaqlarımız azad olunacaq”.
Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov torpaqlarımızın işğalını daimi kədər içərisində yad etməyin düzgün olmadığını bildirib. Bu gün keçirilən tədbirin formatının fərqli olduğunu deyən Ə.Həsənov Qubadlının mədəni-tarixi abidələrindən danışıb. Onun sözlərinə görə, Qubadlı Azərbaycana Qaçaq Nəbi, Həcər, görkəmli ziyalılar, Valeh Bərşadlı kimi general bəxş edib: “149 Milli Qəhrəmanın 9 nəfəri Qubadlı sakinidir. Bu, rayon əhalisinin düşmənlə kifayət qədər döyüşdüyünü göstərir”.
Qubadlı rayon sakinlərindən dövlət orqanlarına çox az sayda şikayət daxil olduğunu nəzərə çatdıran Ə.Həsənov bunu icra orqanlarının rayon əhalisinə diqqət və qayğısı ilə əlaqədar olduğunu qeyd edib: “Qaçqın və məcburi köçkünlərlə bağlı Azərbaycanın birinci xanımı Mehriban Əliyeva böyük işlər görüb. Mehriban Əliyeva gördüyü işlərlə dünya ölkələrində birinci xanımlara gözəl örrnəklər verib”.
Ə.Həsənov Azərbaycan prezidenti İlham Əliyevin düşmənin işğal olunmuş torpaqlarımızdan çıxaracağına əmin olduqlarını vurğulayıb: “Prezidentimiz mütləq buna nail olacaq. Dövlət başçısı Avropa Şurasında son çıxışında bütün Avropanın iç üzünü açdı. Bunu heç bir prezident edə bilməzdi”.
Tədbir məktəblilərin paradı və idmançıların çıxışları ilə davam etdirilib. Milli Qəhrəman Əliyar Əliyev adına idman klubunun güləşçiləri öz məharətlərini göstəriblər. Vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info