İnternet şəbəkəsində müəllif hüquqları qorunacaq
Tarix: 29.08.2014 | Saat: 17:29:00 | E-mail | Çapa göndər


Azərbaycanda internet şəbəkəsində müəllif hüquqlarının qorunması sisteminin işə salınması üzrə işlər yekun mərhələdədir. Bu barədə Azərbaycanın Müəllif Hüquqları Agentliyi məlumat verib. Agentlikdən deyiblər ki, söhbət rəqəmli monitorinq və lisenziyalaşdırma sisteminin tətbiqindən gedir: "İnternet şəbəkəsində müəllif hüquqlarının qorunması kifayət qədər mürəkkəb prosesdir. Bu layihə üzərində işlər intensiv şəkildə aparılır və yaxın gələcəkdə tam başa çatacaq".
Virtual mühitdə müəllif hüquqlarının qorunması ilə Agentlik yanında fəaliyyət göstərən Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi məşğul olacaq və tənzimlənmə qanunvericilik səviyyəsində və bu sahədəki idarəetmə mexanizmləri ilə təmin ediləcək. Dünyada virtual mühitdə müəllif hüquqlarının qorunmasının üç üsulu tətbiq edilir. Birincisi, şəbəkədən "müəllif hüquqları" anlayışının götürülməsini və müəllifə istinadən əsərlərdən azad istifadəni nəzərdə tutur. İkincisi, internet resurslarda müəllif hüquqları obyektlərinin azad istifadəsi halında müəllifə müəyyən mükafatın ödənilməsini ehtiva edir. Son variant qanunvericiliyin sərtləşdirilməsini və istifadəçilərin hüquqlarının bir qədər məhdudlaşdırılmasını nəzərdə tutur. Azərbaycan ikinci varianta üstünlük vermək niyyətindədir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
23.04.2019
“Gənc DOST” Proqramına qoşulan könüllülər gələcəkdə “DOST” mərkəzlərinin əməkdaşları olacaqlar
23.04.2019
“Məşğulluq” altsistemində necə qeydiyyatdan keçmək olar?
23.04.2019
Aşağı məbləğdə hesablanan pensiyalar müəyyən edilərək artırılıb
23.04.2019
Azərbaycanda bu şəxslərin pensiyası artacaq
22.04.2019
DOST könüllüləri DOST mərkəzlərində fəaliyyətə hazırlaşırlar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info