Sumqayıtda dini icmalar üçün seminar-treninq keçirilib
Tarix: 29.08.2014 | Saat: 18:05:00 | E-mail | Çapa göndər


DQİDK nümayəndəsi: “Ölkəmizdəki tolerant mühitə zərbə vurmağa cəhd edənlərə qarşı qəti və konkret addımlar atılacaq”

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə keçirilən “Fərqlilikləri birləşdirən dəyər - Azərbaycan: müasir çağırışlar və tolerantlıq” mövzusundakı silsilə seminar-treninqlər davam edir. Seminarlarlar Azərbaycan dini tolerantlıq ənənələrinin tərənnümü məqsədilə həyata keçirilir. Milli Tolerantlıq Mərkəzinin layihəsi çərçivəsində Sumqayıtda keçirilən növbəti seminar-treninqdə yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, dini icma rəhbərləri və ziyalılar iştirak ediblər.
Milli Tolerantlıq Mərkəzinin icraçı direktoru Elmin Əliyev Azərbaycandakı dinlərarası münasibətlər, tolerantlıq ənənələri, milli-mənəvi dəyərlərimizin düzgün təbliği, ənənəvi dindarlıq anlayışının və Azərbaycan tolerantlıq modelinin mahiyyəti, müasir dünyada dini dözümlülüyün əhəmiyyəti, habelə dövlətçilik və vətənpərvərlik məfhumları haqda danışaraq bildirib ki, qeyd olunan mövzularda müzakirələrin aparıldığı seminar-treninqlərə Dövlət Komitəsi tərəfindən dəstək verilməsi bu sahəyə olan diqqətin nümunəsidir.
Qeyri-ənənəvi, radikal cərəyanların zərərli təsirləri, onlara qarşı mübarizə metodlarından danışan DQİDK-nın şöbə müdiri Niyaz Yaqublu bildirib ki, son vaxtlarda xüsusilə Yaxın Şərqdə baş verən proseslərin fonunda Azərbaycanda radikal qrupların fəaliyyətində aktivlik müşahidə olunub. Lakin Dövlət Komitəsinin istər maarifləndirmə sahəsində, istərsə də güc strukturları ilə birgə həyata keçirdiyi tədbirlər nəticəsində bu cəhdlərin qarşısı yerindəcə alınıb. Bu tədbirlərin davam etdiriləcəyini diqqətə çatdıran DQİDK nümayəndəsi onu da əlavə edib ki, ölkəmizdəki tolerant mühitə zərbə vurmağa cəhd edən istənilən qrup və ya şəxslərə qarşı qəti və konkret addımlar atılacaq.
Digər çıxışlarda düzgün dini maarifləndirmənin gücləndirilməsi, dini icmaların bu istiqamətdə birgə səylərini artırması xüsusilə qeyd olunub. Vurğulanıb ki, dünyaya örnək olan biləcək Azərbaycanın tolerantlıq modeli təbliğ edilməli və bu istiqamətdə tədbirlər gücəndirilməlidir.


Fuad




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info