Səlim Müslümov beş rayonun sakinləri ilə görüşüb
Tarix: 29.08.2014 | Saat: 18:20:00 | E-mail | Çapa göndər


Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov nazirliyin Gədəbəy rayon Əhalinin sosial müdafiəsi mərkəzinin (ƏSMM) inzibati binasında bu rayonun və Şəmkir, Tovuz, Qazax, Ağstafa rayonlarının sakinlərini fərdi qaydada qəbul edib. Müraciətlər imtiyazlı şəxslərin reabilitasiya vasitələri və sanator-kurort yollayışları, protez-ortopedik məmulatlarla təmin olunması, dövlət hesabına mənzil və minik avtomobili almaq üçün növbəyə dayanma, əmək hüquqlarının və məşğulluğun təminatı və s. məsələləri əhatə edib. Sakinlərin müraciətlərində əksini tapan bir sıra məsələlərin həll olunması, həmçinin ayrı-ayrı vətəndaşların müraciətlərinin araşdırılaraq aidiyyatı üzrə sosial təminat növlərindən yararlanmaq hüquqlarının müəyyən edilməsi üçün yerindəcə göstərişlər verilib. İmtiyazlı şəxslərin dövlət hesabına mənzillə təmin olunmaq üçün rayon (şəhər) İcra Hakimiyyətləri tərəfindən qeydiyyata alındığı diqqətə çatdırılıb. S.Müslümov respublikanın bölgələrində yaşayan və protez-ortopedik məmulatlara ehtiyac duyan əlilliyi olan şəxslərin bununla əlaqədar uzaq yol qət edərək artıq Bakıya gəlməsinə ehtiyac olmadığını qeyd edib: “Ötən ilin sonlarından nazirlikdə müvafiq əmr əsasında yaradılan səyyar tibbi-texniki briqadalar respublikanın regionlarında yaşayan, dayaq-hərəkət sistemi pozulmuş əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara səyyar formada protez-ortopedik bərpa xidməti göstərir. Həmçinin onların ayrı-ayrı reabilitasiya vasitələrinə olan ehtiyacı aradan qaldırılır. Ölkənin bütün bölgələrində belə səyyar xidmət həyata keçiriləcək”. S.Müslümov müraciətlərinə uyğun olaraq ayrı-ayrı şəxslərin təmsil etdikləri ailələrin ünvanlı dövlət sosial yardımı almaq hüququnun araşdırılması, eləcə də belə ailələrin əmək qabiliyyətli üzvlərinin qısa müddətdə səmərəli məşğulluğunun təmin olunması, üçün konkret tədbirlər görülməsinin vacibliyini diqqətə çatdırıb. “Əhalinin sosial müdafiəsi mərkəzlərinin məşğulluq mərkəzləri ilə bu sahədə əlaqəli fəaliyyəti gücləndirilməkdədir. Hər iki mərkəz sosial yardım üçün müraciət edən vətəndaşın ilk növbədə səmərəli məşğulluğu üçün səy göstərməlidir, bunun üçün bütün imkanlar nəzərdən keçirilməli və yalnız son həddə ünvanlı yardım təyinatı aparılmalıdır”.
Qəbul zamanı əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemindən istifadə, peşə hazırlığına cəlb olunma və digər məsələlərlə əlaqədar sorğu xarakterli müraciətlər də cavablandırılıb, müvafiq izahatlar verilib. Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb. Şəmkir, Tovuz, Qazax, Ağstafa rayonlarından qəbula yazılmış vətəndaşların həmin rayonların ƏSMM-lərinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla Gədəbəy rayonuna aparılıb gətirilmələri təmin edilib.
İlkin






 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10496

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info