İsrailin Birinci radiosunda Mehriban Əliyevanın fəaliyyəti şərh edilib
Tarix: 29.08.2014 | Saat: 18:22:00 | E-mail | Çapa göndər


Dünən İsrail "Birinci Radiosunda" tanınmış İsrail jurnalisti Mark Kriçevskinin populyar “Günün detalları" verilişində Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyəti haqqında şərh verən "Birinci radionun" daimi şərhçisi, beynəlxalq münasibətlər üzrə ekspert Arye Qut qeyd edib ki , Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO xoşməramlı səfir Mehriban Əliyeva müstəqil Azərbaycanın Birinci Xanım statusunu qızıl hərflərlə müasir, güclü və dünyəvi Azərbaycan tarixinə yazdı. "Mehriban Əliyevanın fəal siyasi və ictimai fəaliyyəti, onun Avropa təfəkkürlü, eyni zamanda müasir, Avropa təhsili almış yeni müsəlman qadın və dünyəvi Azərbaycanı konsepsiyasını əks edir. Mehriban Əliyeva - uğurlu dövlət xadimidir, o yalnız Azərbaycanın Birinci hanımı deyil, eyni zamanda , "Yeni Azərbaycan" partiyası sədrinin birinci müavini, Heydər Əliyev Fondunun prezidentidir. Mehriban Əliyeva dünyanın ən çalışqan və ən fəal birinci xanımlarından biridir, onun adi ilə səhiyyə, mədəniyyət və təhsil sahəsində bir çox beynəlxalq və yerli layihələr həyata keçirilir. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu çoxlu müxtəlif layihələrin dəstəklənməsi istiqamətində təhsil, mədəniyyət, səhiyyə, Azərbaycanın dünyada real təbliği və tanıdılması həyata keçirir, "- Arye Qut qeyd edib. İsrail ekspertin sözlərinə görə, Azərbaycanın Birinci hanımı Mehriban Əliyevə dünyada tolerantlıq və multikulturalizm ideyasının təbliğ edən UNESCO –nun ən fəal xoşməramlı səfiridir. "Bu gün Azərbaycan tolerantlıq və multikulturalizm baxımından dünya mərkəzlərindən biridir , burada müxtəlif xalqların və dinlərin nümayəndələri əsrlər boyu sülh, dostluq və qardaşlıq şəraitində yaşayıb. Ta qədim dövrlərdən bəri Azərbaycanın siyasi-ictimai və mədəni tarixi müxtəlif milli, dini mənsubiyyətləri olan xalqların vahid tarixinə şahidlik edir. Quba rayonundakı Qırmızı Qəsəbə dünyada yəhudilərin yığcam şəkildə yaşadığı yeganə və unikal bir məkan, həqiqi mənada Azərbaycanın fəxridir. Burada yəhudilərlə azərbaycanlılar əsrlər boyu qardaş kimi səmimi yaşayırlar. Burada onları ortaq tale və ortaq tarix bağlayır. Azərbaycan əsl sivilizasiyalar arası dialoq nümunəsidir. Siz mənə ikinci bir istər müsəlman yaxud xristian ölkəsi göstərin ki, orada Prezidentin və ölkənin birinci xanımının himayəsi ilə iki sinaqoq və Cənubi Qafqazda ən böyük yəhudi təhsil mərkəzi tikilmiş olsun. Mənim fikrimcə, siz sadəcə olaraq ikinci belə bir ölkə tapa bilməzsiniz. Burada da Azərbaycanın Birinci hanımı ilə razılaşmaq olar ki, bu gün də çoxkonfessiyalı və çoxmillətli Azərbaycan tolerantlıq və multikulturalizm ənənələrinə sadiqdir və bu, müasir Azərbaycanın ən böyük mənəvi sərvətidir" – İsrailin "Birinci radiosunun" suallarına cavab Arye Qut demişdir.
Azərbaycanın Birinci Xanımının beynəlxalq layihələr haqqında İsrailin məşhur radiojurnalisti Mark Kriçevskinin sualına cavab verən Arye Qut bildirmişdir ki, iki il əvvəl məhz Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu "Azərbaycan – tolerantlıq məkanı" layihəsini həyata keçirməyə başlayıb . "Ümumbəşəri mədəniyyətə və sülhə öz töhfələrini verən Heydər Əliyev Fondu Azərbaycanın dünya miqyasında daha geniş spektrdən tanınmasında, Azərbaycan xalqının milli dəyərlərinin qorunmasında və təbliğində mühüm rol oynayır. Milli Məclisin deputatı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun həyata keçirdiyi mədəni-ictimai tədbirlər Azərbaycan Respublikasının inkişafına, dövlətçiliyin möhkəmləndirilməsinə, Azərbaycanın dünya birliyində öz layiqli yerini tutmasına doğru istiqamətlənmişdir. "Azərbaycan – tolerantlıq məkanı" kimi irimiqyaslı layihə çərçivəsində görülən işlər və əldə olunan uğurlar Azərbaycanın ümumi inkişaf strategiyasına, sosial və humanitar siyasətə, o cümlədən Azərbaycanın təbliğinə layiqli töhfələr verib. Layihə çərçivəsində dini abidələrdə, ziyarətgahlarda və tikililərdə təmir-bərpa işləri aparılır, mövzuya aid sərgilər təşkil olunur. Foto-sərgidə Heydər Əliyev Fondunun "Azərbaycan – tolerantlıq məkanı" layihəsi çərçivəsində Azərbaycana dəfələrlə yaradıcı səfərlər etmiş dünya şöhrətli fotoqraf Reza Deqatinin Azərbaycanda dini tolerantlığı əks etdirən fotoşəkilləri sərgilənib. Mehriban Əliyevanın bu uğurlu layihəsi dünya birliyinə sübut edir və göstərir ki, "Odlar yurdu" bir çox xalqların və konfessiyaların dinc yanaşı yaşamasının unikal nümunəsidir. Birinci xanımın təşəbbüsü ilə həyata keçirilən bu layihə Azərbaycan dövlətinin tolerantlığın və multikulturalizm siyasətinin qorunub saxlanmasına, müasir və güclü Azərbaycan modeli kimi möhtəşəm nümunə üzərində bu siyasətin daha da inkişaf etdirilməsi və təbliğ olunması strategiyasının təsdiqidir" - israilli eksperti bildirib.
Arye Qutun fikrincə Azərbaycanın Birinci Xanımı Mehriban Əliyeva və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu gün Azərbaycan Respublikasının nüfuzunun və beynəlxalq imicinin artırılması üçün ürəkdən çalışır. " Bu gün Azərbaycan Cənubi Qafqazda geosiyasi və geoiqtisadi proseslərin şəksiz lideridir. Azərbaycan regionun lider dövləti kimi özünü tam təsdiq edib. Onun iştirakı olmadan Cənubi Qafqazda heç bir geosiyasi və geoiqtisadi layihəni həyata keçirmək mümkün deyildir. Tamamilə təbiidir ki, bu faktorlar Azərbaycana dərin siyasi və iqtisadi maraq doğurur. Mehriban Əliyeva və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu kifayət qədər yaxşı anlayırlar ki, dünyanın siyasi, iqtisadi və akademik elitasında müasir Azərbaycan Respublikası , onun zəngin mədəniyyəti , incəsənəti , turizmi , mətbəxi və ənənələri haqqında obyektiv, dəqiq, düzgün və həqiqi təsəvvürü Azərbaycanın beynəlxalq nüfuzu üçün ən mühüm və zəruri vəzifədir. Burada "Eurovision- 2012" Bakıda keçirilən beynəlxalq mahnı müsabiqəsini xatırlamağa dəyər. Azərbaycana gələn turistlər və müsabiqə iştirakçıları bu mötəbər müsabiqənin yüksək səviyyədə təşkili, Azərbaycan xalqının qonaqpərvərliyindən çox razı qaldılar, Bakının gözəlliyinə heyran qaldılar. Qeyd etmək lazımdır ki, Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva məhz bu beynəlxalq mahnı müsabiqəsinin keçirilməsi üzrə təşkilat komitəsi nə rəhbərlik edirdi. İndi isə Mehriban xanım Azərbaycan üçün daha vacib və əhəmiyyətli layihə olan - 2015-ci ildə Bakıda keçiriləcək İlk Avropa Olimpiya Oyunlarının keçirilməsi üzrə Təşkilat komitəsinə rəhbərlik edir. Başqa sözlə desək, bu gün Azərbaycanın Birinci xanımı, Avropada və islam dünyasında olan birinci xanımlardan fərqli olaraq, Azərbaycan dövlətçiliyinin rifahı, müstəqil ölkənin beynəlxalq imicin yüksəlməsi, Azərbaycanda və xaricdə yaşayan soydaşları naminə öz böyük və önəmli işini şərəflə və məsuliyyətlə davam etdirir" – İsrailin "Birinci radiosunun" daimi şərhçisi Arye Qut sonda bildirib.
Rasim




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info