EİS-də qeydiyyat layiqli pensiya təminatına malik olmağa şərait yaradacaq
Tarix: 29.08.2014 | Saat: 20:40:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemindən (EİS) istifadə qaydaları ilə bağlı işəgötürənlərin məlumatlandırılması işlərini davam etdirir. Bu məqsədlə avqustun 29-da Bakının Nizami rayonunda da nazirliyin “Açıq qapı” günü-vətəndaş forumu keçirilib.
ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin mütəxəssisləri işəgötürənlərin diqqətinə çatdırıblar ki, əmək müqavilələri bildirişlərinin EİS-də qeydiyyatdan keçirilməsi işçilərin əmək hüquqlarının daha etibarlı şəkildə qorunmasına, onların sosial təminat və gələcəkdə layiqli pensiya təminatı hüquqlarına malik olmalarına şərait yaradacaq. Bununla yanaşı, EİS-də işəgötürənlər onlar üçün nəzərdə tutulmuş xidmətlərdən istifadə etməklə bağladıqları, dəyişiklik etdikləri və ya xitam verdikləri əmək müqavilələri barədə statistik məlumatlara sahib olacaqlar.
Qeyd olunub ki, bu sistem respublikanın əmək bazarı ilə bağlı obyektiv təhlillərin aparılması üçün dolğun informasiya bazası formalaşdıracaq. Burada əmək bazarına daxil olan və ya sərbəstləşən işçi qüvvəsi, əməyin şərtləri, əməyin dəyərinin qiymətləndirilməsi və əmək haqqının kəmiyyəti, işçi qüvvəsinin daha cox cəlb olunduğu fəaliyyət sahələri və yerdəyişməsi və s. barədə məlumatlar toplanacaq. Belə bir məlumat bazası isə əmək bazarı ilə bağlı geniş təhlillər aparmağa, real məlumatlar əsasında gələcəkdə əmək bazarı ilə bağlı inkişaf proqramlarının hazırlanıb həyata keçirilməsinə imkan verəcək.
EİS-dən istifadə ilə bağlı işəgötürənlərə praktik bilgilər verilib, onların sualları cavablandırılıb, bildirişlərin qeydiyyatdan keçirilmə proseduru əyani şəkildə nümayiş etdirilib. EİS-lə bağlı metodiki göstərişlərin, müvafiq yardımçı materialların ƏƏSMN-nin rəsmi internet saytında (www.mlspp.gov.az) yerləşdirildiyi, nazirliyin "142- Çağrı mərkəzi"nin bu sahə ilə bağlı sualları cavablandırmaq üçün funksiyalarının gücləndirildiyi, həmçinin EİS-dən istifadə ilə bağlı işəgötürənlər üçün bölgələrdə “Yardımçı masaları” nın yaradıldığı diqqətə çatdırılıb.

İlkin




 
Bölməyə aid digər xəbərlər
19.12.2018
Gədəbəyin 8 yaşayış məntəqəsinə təbii qaz verilib
18.12.2018
72 nəfər Naxçıvana müalicə müəssisələrinə göndərilib
18.12.2018
423 vərəsəyə birdəfəlik ödəmənin verilməsi üçün qərar qəbul edildi
18.12.2018
30-dan çox müəssisə 270 vakant iş yeri təklif edib
18.12.2018
Bu il 41 rayondan olan 151 fermerə 10 milyon manat kredit verilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10529

1 Anara Hacıbəyli Pirallahı rayonunda YAP ərazi təşkilatının sədri seçilib
2 “Tbilisi elə bir yerdir ki, burada zamanın necə keçdiyini hiss etmirsən”
3 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
4 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib
5 Gələn ildən işlə bağlı müraciətlər elektron qaydada aparılacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info