I Avropa Oyunları çərçivəsində turistlər üçün müxtəlif layihələr həyata keçiriləcək
Tarix: 29.08.2014 | Saat: 20:51:00 | E-mail | Çapa göndər


Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Qusar şəhərindəki Heydər Əliyev Mərkəzində Qusar, Xaçmaz, Quba, Siyəzən və Şabran rayonlarından olan sakinləri qəbul edib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 30-dan çox vətəndaş qəbula yazılıb. Sakinlərin müraciətləri əsasən mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, ev-muzeylərin, tarix-diyarşünaslıq muzeylərinin açılması, yubiley tədbirlərinin keçirilməsi, işlə təmin olunma və s. məsələlərlə bağlı olub. Qusar rayonunda uşaq incəsənət məktəbinin təmir işlərinin tamamlanması, Quba rayonu Yeni Güləzi kənd klubunun mədəniyyət evinə çevrilməsi, Siyəzən rayonu Mərkəzi Kitabxanasının yeni binaya köçürülməsinə kömək göstərilməsi ilə bağlı xahişlər, bölgədə turizmin inkişafı ilə bağlı təkliflər səsləndirilib.
Ə.Qarayev qəbuldan sonra jurnalistlərə müsahibəsində əhali ilə hər ay keçirilən belə görüşlərin əhəmiyyətini diqqətə çatdırıb, səslənən təklif və təşəbbüslərlə bağlı tədbirlər görüləcəyini, o cümlədən sosial məsələlərlə bağlı müraciətlərin lazımı instansiyalara çatdırılacağını deyib. Mədəniyyət müəssisələrinin maddi-texniki vəziyyəti, yerli turizm mərkəzlərində bölgə əhalisinin işlə təmin olunması kimi məsələlərin diqqət mərkəzində olduğu bildirilib: "Bölgədə "Şahdağ" Qış-Yay Turizm Kompleksi kimi iri turizm obyekti fəaliyyət göstərir. Burada yerli əhalinin işlə təmin olunmasına xüsusi üstünlük verilir".
Gələn il Bakıda keçiriləcək I Avropa Oyunlarının ölkəmizin təbliği, tanıdılması baxımdan mühüm fürsət olacağını deyən nazir turistləri təkcə paytaxtla deyil, Azərbaycanın bütün guşələri ilə tanış etmək üçün müxtəlif layihələrin həyata keçiriləcəyini vurğulayıb.
Vətəndaşların qəbulu başa çatandan sonra Ə.Qarayevin və nazirliyin məsul işçilərinin iştirakı ilə regional müşavirə keçirilib. Müşavirədə çıxış edən nazir qarşıda duran vəzifələr və görüləcək işlərlə haqqında danışıb. Müşavirə iştirakçılarının təklif və çıxışları dinlənilib, onları maraqlandıran suallara cavablar verilib.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info