“Belə oyunlardan sonra Azərbaycan çempionatına heç bir marağım yoxdur”
Tarix: 30.08.2014 | Saat: 00:42:00 | E-mail | Çapa göndər


“Bu oyunda hamı bizdən qələbə gözləyirdi. Futbolda belə sürprizlər olur. Sizləri sevindirə bilmədiyim üçün üzr istəyirəm. Nfor qırmızı vərəqə almasaydı, belə olmayacaqdı. Bu gün qismətimizdə qələbə qazanmaq yox imiş”.
Bunu "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev deyib. Qeyd edək ki, “Neftçi” Avroliqanın pley-off mərhələsinin cavab görüşü çərçivəsində “Partizan”a uduzub - 1:2. Oyundan sonra keçirilən mətbuat konfransında Hacıyev matç haqqında fikirlərini bildirib: “İstefam haqqında söhbət gedə bilməz. Bu gün “Neftçi”nin pley-offa kimi gəlməsi özü də yaxşı haldır. İndi qrupa düşməyimiz alınmadı. Bu gün ölüm, ya olum söhbəti idi. Bertuççi öz zonasında boşluqlara yol verirdi. Ona görə də ehtiyatda qaldı. Məqsəd İsayevin bir qədər zamana ehtiyacı var. O, Azərbaycan çempionatı üçün tam hazırdır. Ondan orda yararlanacağıq". O, Bertuççinin zəif oyunu haqqında da danışıb: “Bertuççi həddindən artıq iddialı futbolçudur. O, Braziliya U-21-də oynayıb, hələ burnunda havası qalıb. Amma hücumameyilli futbolçu buraxmalıydım. Onu buraxdım. Amma çox təəssüf ki, o, ümidləri yenə doğrultmadı. Bu, mənim səhv əvəzetməm idi. Sizə elə gəlmirmi ki, Flavinyoda eniş var? O, bu il avrokubok oyunlarında heç vaxt mənim ümidlərimi doğrultmayıb. Vobay isə istənilən rəqib üçün baş bəlasıdır. O özü əvəzlənməyini istədi. Belə oyunlardan sonra mənim üçün Azərbaycan çempionatına heç bir maraq yoxdur”.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Azərbaycanın qadın güləşçisi dünya çempionatında gümüş medal qazanıb
17.11.2018
Azərbaycanın paracüdoçusu dünya çempionu olub
16.11.2018
UEFA-nın maliyyə vəsaiti Azərbaycan klublarının hesabına köçürülüb
16.11.2018
“Barselona” Dembeledən daha peşəkar yanaşma gözləyir
15.11.2018
Bakıda Ümumdünya Antidopinq Agentliyinin iclası keçirilir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info