“Qarabağ” ölkə futbolunun tarixində rekorda nail olacaq”
Tarix: 30.08.2014 | Saat: 00:44:00 | E-mail | Çapa göndər


“Azərbaycan çempionu kimi beynəlxalq oyunlarda qüvvəsini sınayan “Qarabağ” komandası Avropa Liqasının qrup mərhələsinə qədər keçirdiyi bütün oyunlarda yüksək peşəkarlıq və əzmkarlıq nümayiş etdirərək ölkəmizin futbol ictimaiyyətinə böyük bir sevinc bəxş etdi”.
Bunu AFFA-nın prezidenti Rövnəq Abdullayev deyib. Qurum rəhbəri "Qarabağ" komandasını Avropa Liqasının qrup mərhələsinə yüksəlməsi münasibətilə təbrik edərək fikirlərini assosiasiyanın rəsmi saytına bildirib: “Bu nailiyyətlərin qazanılmasında böyük azarkeş dəstəyinin də mühüm rol oynadığını xüsusilə vurğulamaq istərdim. Ən güclü rəqibləriylə də gərgin mübarizə apararaq ölkəmizdə futbolun son illər inkişaf etdiyini uğurlu çıxışları ilə bir daha təsdiqlədi. Ümid edirəm ki, komanda qrup mərhələsində də peşəkarlığı, əzmkarlığı və baxımlı oyunu ilə azarkeşlərini sevindirəcək və ölkə futbolunun tarixində rekorda nail olacaq. Ölkəmizin futbol ictimaiyyəti adından komandanın rəhbərliyini və bütün üzvlərini səmimi qəlbdən təbrik edir və daha böyük uğurlar arzulayıram”.




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Rusiyada ilk Qış Universiadası keçiriləcək
22.01.2019
Marselo əsas heyətdən kənarlaşdırıldı
21.01.2019
İtaliya A Seriyası : “Milan” səfərdə “Cenoa”nı məğlubiyyətə uğradıb
21.01.2019
İngiltərə Premyer Liqası: “Mançester Siti” meydandan qalib ayrılıb
21.01.2019
Şahmat üzrə Azərbaycan çempionatında beşinci turun oyunları keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info