Qurban Qurbanov: “Bu günü çox gözləyirdik”
Tarix: 30.08.2014 | Saat: 00:50:00 | E-mail | Çapa göndər


“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edirik:
- Sizi Avroliqanın qrup mərhələsinə vəsiqə qazandığınız üçün təbrik edirik.
- Həmişə Avroliqanın bu mərhələsinə - pley-offa kimi gəlib çıxsaq da, sonda istəyimizə çata bilmirdik. Şükürlər olsun ki, bir neçə ildən sonra buna nail olduq. Bu günü çox gözləyirdik. Nəhayət, istədiyimiz oldu. Bu, bizim işimizdir. Çalışırıq ki, hər bir turnirdə yaxşı nəticə əldə edək. Qrupa düşməyimizdə hər bir futbolçunun, məşqçinin, klub rəhbərliyinin rolu oldu. Bu uğuru qrup mərhələsində də davam etdirib, xalqımızı yenə sevindirəcəyik.
- Əvvəllər daha çox yerli futbolçularla çıxış edib pley-off mərhələsində dayanırdınız. İndi isə səviyyəli əcnəbi oyunçularınız var. Birmənalı şəkildə demək olarmı ki, qrupa düşməyinizdə bilavasitə onların böyük rolu var?
- Yox, belə deməzdim. Bu, əvvəl bizdə çıxış edən yerli oyunçulara haqsızlıq olar. Düşünürəm ki, bu uğurun qazanılmasında bütün kollektivin rolu var. Əvvəllər bizdə Əfran İsmayılov, Rauf Əliyev, Rəşad Sadiqov kimi yerli oyunçular çıxış edirdi. Sadəcə, bəxtsizlikdən qrupa düşməyimiz mümkün olmurdu. Deməli, qismət bu günə imiş.
- “Tvente” ilə cavab oyununda 0:1 hesabı geridə olan vaxt Avroliqanın əldən getdiyi ilə bağlı düşüncələriniz vardımı, yoxsa bərabərlik qolunu vuracağınıza inanırdınız?
- Belə oyunlar vaxtı fikirlər həmişə müxtəlif olur. Hər iki tərəfli düşüncələr adamda istər-istəməz yaranır. Amma ümumilikdə komandama inanırdım. Çünki onda hələ oyunun bitməsinə çox vaxtımız vardı. Buna görə, komandanın qol vura biləcəyi hissi məndə vardı.
-Sizə artıq AFFA-dan zəng edib təbrik edən olub?
- AFFA-nın baş katibi Elxan Məmmədov mənə artıq zəng edib. O, AFFA prezidenti Rövnəq Abdullayevin adından öz təbriklərini çatdırdı.
-Avroliqanın qrupunda daha yaxşı çıxış etmək üçün heyətinizə yeni oyunçu qatmağı düşünürsüzmü?
- İstərdim ki, daha bir oyunçu ilə güclənək. Amma hazırda elə bir futbolçu siyahımızda yoxdur. Çətin ki, 2 gün ərzində bu transferi reallaşdıra bilək.
-Belə bir imkanınız olsaydı, hansı mövqeyə futbolçu almaq istərdiniz?
- Daha bir hücumçu alsaydıq, pis olmazdı. Bundan başqa, yaxşı mərkəz yarımmüdafiəçisi istəyərdim.
-“Zalsburq” və “Partizan” klubları sizinlə bir qrupda yer ala bilər. Qisas almaq baxımından, bu iki komanda ilə düşmək istərdinizmi?
- Heç vaxt bu komandalarla qarşılaşmaq istəməzdim. Fikrimcə, yaxşı olardı ki, heç vaxt oynamadığımız komandalarla bir qrupda yer alaq.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info