Bərdə rayonunda yeni müəssisə istifadəyə verilib
Tarix: 30.08.2014 | Saat: 01:43:00 | E-mail | Çapa göndər


Bərdə rayonunun Alpout kəndində Azərbaycan Hökuməti və Dünya Bankının birgə maliyyələşdirdikləri İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi tərəfindən həyata keçirilən "Yem sexinin tikintisi" layihəsinin açılışı olub.
Dünya Bankının əməkdaşlarının, ictimaiyyətin nümayəndələrinin və kənd sakinlərinin iştirakı ilə keçirilən mərasimdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vahid Qarayev Bərdədə aqrar sektorun dinamik inkişafı ilə bağlı həyata keçirilən ardıcıl tədbirlərdən danışıb. Kənd İnvestisiya Layihəsinin direktor müavini Gülbəniz Qənbərova, layihənin şimal-qərb zonası üzrə proqram mütəxəssisi Xudayar Gülmalıyev çıxışlarında layihə çərçivəsində görülən işlər barədə məlumat veriblər. Bildirilib ki, əhalisi əsasən heyvandarlıqla məşğul olan Alpoud kəndində keyfiyyətli yem istehsal edən sexə ehtiyac vardı. Layihə çərçivəsində yem sexi üçün bina və talvar tikilib, bir tonluq su çəni quraşdırılıb. Layihənin icrası nəticəsində Alpoud və ətraf kəndlərin sakinləri daha ucuz qiymətə yem məhsulları əldə edə biləcəklər. Sakinlər kənddə heyvandarlığın inkişafına təkan olacaq layihələrin icrasına və kənd adamlarına qayğısına görə Azərbaycan hökumətinə, Kənd İnvestisiya Layihəsinə və Dünya Bankına minnətdarlıqlarını bildiriblər. Açılışı bildirən rəmzi qırmızı lent kəsildikdən sonra mərasim iştirakçıları yem sexində istehsal prosesi ilə tanış olublar.




 
Bölməyə aid digər xəbərlər
09.12.2018
Masallıda arıçılara subsidiyaların verilməsinə başlanılır
08.12.2018
Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının fəaliyyəti ilə bağlı iclas keçirilib
07.12.2018
Şəkinin daha bir kəndinə təbii qaz verilib
07.12.2018
Ali təhsil ocağında kitab təqdimatı keçirilib
07.12.2018
6 mindən çox istehlakçının işıq problemi həll olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Türk Universiteti üçün Naxçıvanın seçilməsi əhəmiyyətli ola bilər
2 Emil Rasimoğludan yeni şeir
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 Bakıda müəllimlərin beynəlxalq seminarı keçirilib
5 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info