Amerikada yeni irqçilik
Tarix: 30.08.2014 | Saat: 01:46:00 | E-mail | Çapa göndər


Ağlar qaralardan ayrı yaşamaq istəyirlər
Luiziana ştatının Baton-Ruj şəhərindəki rayonlardan birində olan “İndependent”in əməkdaşı Devid Asborn yerli sakinlərin "vətəndaş hüquqları uğrunda mübarizənin 50 illik xəyanəti" kampaniyasına şahidlik edib: “Şəhərin nisbətən firavan hissəsinin xoşbəxt sakinləri yoxsulluqdan əziyyət çəkən, ləyaqəti alçaldılan məktəb sistemindən ayrılmaq hüququ əldə edib, öz şəhərlərini yaratmaq istəyirlər.
Sent-Corc adlanacaq gələcək şəhər 85 kvadratmil sahə alır və Baton-Ruj əhalisinin təxminən 25%-ni vergi gəlirlərinin böyük bir hissəsindən məhrum edir”. İngilis jurnalist, daha sonra əlavə edir: “Bir aylıq gərgin mübarizədən sonra 18 min imza toplamağa nail olan təşəbbüs qrupu ştatın qanunlarına əsasən, Luizianada keçiriləcək növbəti seçkilər zamanı bu məsələni səsverməyə çıxarmağı tələb ediblər”.
Şəhər rəhbərliyi ərizəyə dərhal reaksiya verib. “Etirazlar siyasi və hətta mənəvi olsa belə, nəşr üçündür” jurnalist qeyd edir. Lakin fakt ondan ibarətdir ki, Sent-Corc şəhərinin əsas əhalisi varlı və «ağlardan» ibarət olacaq və belə olan təqdirdə, şəhər əhalisinin 70%-ni ağ əhali təşkil edəcək. Müqayisə üçün deyək ki, hazırda Baton-Rujda yaşayan əhalinin 55%-ni qaralar, 40%-ni isə ağlar təşkil edir.
“Tərəflər ilk növbədə uşaqlara daha yaxşı və təhlükəsiz təhsil verməyi təkidlə tələb edirlər. Buna görə də, yeni şəhərin əsası ilk növbədə öz məktəblərini yaratmaq olacaq». Məqalədə belə deyilir. “Bir çoxları bütün bunları yerli ağlarla qaraların münaqişəsi kimi qələmə vermək istəyirlər, lakin əslində belə deyil»-deyə şəhərin 36 yaşlı sakini bildirir. Mənim uşaqlarımın çoxlu qaradərili dostları var. Bununla belə, onların irqi məsələni qabartmaları məni çox kədərləndirir”.
İttihamlar ondan ibarətdir ki, qaraların Cənubi Amerika cəmiyyətinə inteqrasiyasının 50 illik tarixdə son qoyur. Cəmiyyət liderlərindən biri bildirir ki, dünyada vətəndaş hüquqlarının mübarizəsi dövründə mən hələ həyatda yox idim: “Bu dövr dəhşətli dövr idi, ancaq mən bu barədə heç nə deyə bilmərəm. Mən bu günün yaxşılaşdırılması üçün cəhd edirəm”.
«Mən düşünürəm ki, bu səviyyəli sualdır»,- deyə 25 yaşlı ağdərili Coşua Fini bildirib: «Onlar bunu qəbul etməyəcək, lakin onlar istəmirlər ki, uşaqları yoxsullarla ünsiyyət qursunlar. Bu çox pis ideyadır. Bundan əlavə heç bir hüquqi əsası yoxdur və buna görə şəhəri parçalamağa dəyməz».
« Məni Baton-Ruj şəhərinin əhalisi, xüsusən də uşaqlarının taleyi narahat edir»-bunları isə qaradərili Rayni deyir. O bildirib: «Amma bir anda belə bir sual meydana gəlir: gəminin alt qatına keçmək lazımdırmı? Bu ölkədə uşaq üçün ən yaxşı arzu nə zaman qəbahət oldu?"
Son iki ildə buna bənzər hadisələr Corciya, Alabama, Texas, Tennessi ştatlarında da müşahidə edilməkdədir. Misal üçün, Alabama ştatının kiçik Qardendeyl şəhərinin əhalisi 2013-cü ildə məktəb sisteminin Ceffersondan ayrılmasının lehinə çıxış etmişdilər. Sakinlərin 88%-i bunun lehinə səs vermişdi. Xatırladaq ki, bu dövrdə Cefferson şəhərindəki yerli sakinlərin 42%-ni qaradərililər təşkil edirdi.
Ağasəf BABAYEV




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info