25 saylı TSEK binaları əsaslı təmir edilərək əhalinin istifadəsinə verilib
Tarix: 01.09.2014 | Saat: 17:42:00 | E-mail | Çapa göndər


Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov nazirliyin Gəncə şəhər Əhalinin sosial müdafiəsi mərkəzinin (ƏSMM) və Gəncə şəhər 25 saylı Tibbi-sosial ekspert komissiyasının (TSEK) əsaslı təmir edilərək müasir tələblərə uyğun qurulmuş iş şəraitləri ilə tanış olub.
Hər iki qurumun yerləşdiyi binada əvvəllər mövcud olmuş yararsız şərait bu qurumların normal fəaliyyəti, habelə vətəndaşlara lazımi səviyyədə xidmət göstərmələri üçün çətinliklər yaradırdı. Bununla əlaqədar, nazirlik rəhbərliyinin tapşırığına əsasən, binada əsaslı təmir işləri aparılıb, işçilər müasir tələblərə uyğun iş şəraiti, müvafiq texniki və məişət avadanlıqları ilə təmin ediliblər. Bu, həmçinin müraciət edən vətəndaşların burada özlərini rahat hiss etmələri və normal şəraitdə qəbul olunmalarına imkan verir. Eyni zamanda, şəffaf iş rejiminin qurulması da diqqətdə saxlanıb və iş otaqları şüşə arakəsmələrlə əhatələndiyindən vətəndaşlar müraciətlərə baxılması, habelə TSEK tərəfindən əlillik müayinəsinin aparılması prosesini izləyə bilirlər. S.Müslümov nazirliyin bütün yerli strukturlarında belə normal iş şəraitinin yaradılmasının diqqətdə saxlandığını bildirib: “Nazirlik sistemində çalışan hər bir əməkdaş layiqli iş şəraitində işləməlidir və biz bu istiqamətdə müvafiq işləri aparırıq. Bir qədər öncə Bakının Binəqədi rayonu üzrə 6 saylı TSEK-in əsaslı təmir olunaraq lazımi avadanlıqlarla təchiz edilmiş və müasir iş şəraiti ilə təmin olunmuş binasının açılışını etdik. Ümumiyyətlə, bu proses gedir və hansı qurumlarımızda ki, iş şəraiti baxımından çətinliklər var, orada müasir tələblərə uyğun şərait yaradılacaq”.
Nazir Gəncə şəhər ƏSMM-nin və 25 saylı TSEK-in kollektivlərinə onlar üçün yaradılan belə normal iş şəraiti müqabilində vətəndaşlara yüksək səviyyədə və şəffaf şəkildə xidmət göstərilməsi, hər bir vətəndaşın müraciətinə diqqət və qayğı ilə yanaşılması barədə tapşırıqlar verib. Daha sonra S.Müslümov Gəncə şəhər Məşğulluq Mərkəzində yaradılan iş şəraiti ilə tanış olaraq, mərkəzin fəaliyyətinin gücləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib. Gəncə Regional Peşə Tədrisi Mərkəzində aparılan təmir işlərinin gedişi ilə də tanış olan nazir həmçinin Gəncə Pensiyaçılara Ərazi Sosial Xidmət Mərkəzində olub. Mərkəzdə dövlət himayəsində yaşayanların məişət şəraiti, qida, geyim və tibbi xidmətlə təminatı vəziyyətini yerindəcə öyrənən S.Müslümov 1970-ci illərdə istifadəyə verilən bu müəssisədə əsaslı təmir işlərinin aparılmasına ehtiyac olduğunu bildirib və bununla əlaqədar nazirliyin aidiyyatı struktur bölmələrinə göstərişlərini verib.

İlkin




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10482

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info