“Qubadlı gənclərinin vətənpərvərlik ruhu çox yüksək səviyyədədir”
Tarix: 01.09.2014 | Saat: 17:44:00 | E-mail | Çapa göndər


Aqil Quliyev: “Qubadlı gəncliyi qarşıda duran bütün vəzifələrin öhdəsindən layiqincə gələcək”

Qubadlı gəncləri məcburi qaçqın həyatı yaşasalar da onlarda ictimai fəallıq yüksək səviyyədədir. Həmçinin onlar öz torpaqlarına qayıtmaq ümidi ilə yaşayaraq vətənpərvərlik baxımından ruh yüksəkliyini daha da artırırlar. YAP Qubadlı rayon təşkilatı Gənclər Birliyinin sədri Aqil Quliyevlə söhbətimizdə bunun bir daha şahidi olduq.

-Rayonunuzun işğal günləri yadınızda necə qalıb?
- Hər bir azərbaycanlı gənc kimi mənim üçün də o günləri xatırlamaq, o günün dəhşəti haqqında danışmaq çox ağırdır. Tale elə gətirib ki, 1992-1993-cü illər, müstəqilliyimizin ilk illərinə təsadüf etsə də, ölkəmizin müasir tarixinə hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi daxil olub. Bütün bunlar isə həmin dövrlərdə yeni yaradılmış suveren dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsi ilə əlaqədar baş verirdi. O dövrkü iqtidarın səbatsızlığı ucbatından xalqın milli arzuları puça çıxmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Həmin dövrdə Heydər Əliyevin Naxçıvanda başladığı milli qurtuluş savaşının zəfər yürüşü səbirsizliklə gözlənilirdi.
Müstəqillik yoluna qədəm qoymuş respublikamızın qarşısında yeni mərhələdə tarixi vəzifələr dururdu. Tarix bu vəzifələrin yerinə yetirilməsi üçün ölkənin intellektual, sosial-iqtisadi potensialından, ictimai-siyasi qüvvələrindən səmərəli istifadə olunmasını tələb edirdi. Heydər Əliyevin 2001-ci il 20 mart tarixli Fərmanında bu barədə belə deyilir: "Təəssüf ki, 1991-1993-cü illərdə bu istiqamətdə bu barədə heç bir iş aparılmadı. Müstəqil Azərbaycan dövlətinin keçdiyi yeni mərhələdə ölkənin iqtisadi, siyasi maraqları, təhlükəsizliyi, ərazi bütövlüyünün təmin olunması ilə bir araya sığmayan daxili və xarici siyasəti müstəqil dövlətçiliyə, onun sonrakı taleyinə ağır zərbələr vurdu. Azərbaycanda Ermənistanın təcavüzü ilə yanaşı, daxili ictimai sabitlik də pozulmuş, müxtəlif qanunsuz silahlı dəstələr yaradılmış və ölkənin daxilində qızğın hakimiyyət çəkişməsi başlanmışdı".
- Məcburi köçkün olaraq sizin üçün lazımi şərait yaradılıbmı?
- Rayonun sakinləri yurd-yuvalarından didərgin düşərək məcburi köçkün kimi Sumqayıt şəhərində, eləcə də respublikanın 42 şəhər və rayonunda heç bir şəraiti olmayan binalarda məskunlaşıblar. Məcburi köçkünlüyün ilk vaxtlarında ciddi problemlərlə üzləşən rayon əhalisinə ümummilli lider Heydər Əliyevin diqqət və qayğısı bu insanların həyat şəraitinə müsbət təsir göstərib.
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin qaçqın və məcburi köçkünlərlə bağlı siyasətini yüksək səviyyədə davam etdirir. Dövlətimizin başçısının doqquz il əvvəl təsdiqlədiyi “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində qaçqın və məcburi köçkünlərin həyat şəraiti əsaslı surətdə yaxşılaşdırılıb. Ötən illər ərzində qaçqın və məcburi köçkünlərin mənzil-kommunal və sosial problemlərinin həlli ilə bağlı davamlı iş aparılıb.
- Dövlətin apardığı gənclər siyasətindən nə dərəcədə bəhrələnə bilirsiz?
- Hər bir millətin gələcəyi onun gəncliyindən asılıdır. Çünki sağlam təfəkkürlü, geniş dünyagörüşlü gəncliyin formalaşması həm də Azərbaycanın parlaq gələcəyi deməkdir. Buna görə də ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsi olaraq uğurla davam etdirilir.
Qeyd edək ki, hazırda Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində artıq bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib.
Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və öz problemlərinin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək, paytaxt və regionlarda yaşayan gənclərin fikir mübadiləsinə şərait yaratmaq, gənclər və dövlət qurumları, hökumət nümayəndələri ilə açıq ünsiyyəti asanlaşdırmaq məqsədilə 2 fevral 1996-cı ildə müstəqil Azərbaycan Gənclərinin I Forumu keçirildi. Bu addımı gənclər siyasətində yeni mərhələ də adlandırmaq olar. Çünki həmin tədbirdən bir il sonra ölkə Prezidenti tərəfindən “2 fevral” - Azərbaycan gəncləri gününün elan edilməsi haqqında sərəncam imzalandı. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur.
Azərbaycanda gənclər gününün təsis edilməsi həm də bu istiqamətdə qanunvericilik bazasının formalaşdırılmasına şərait yaratdı. Belə ki, Prezident İlham Əliyevin gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə 2005-ci il avqustun 30-da imzaladığı "Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında" sərəncamı gənclərə dövlət qayğısının artırılması məqsədinə xidmət edir. İndiyədək proqrama uyğun olaraq gənclərin sosial müdafiəsi, məşğulluğunun təmin edilməsi, yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli ruhda təlim-tərbiyəsi, hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, sağlam həyat tərzinin təbliği istiqamətində tədbirlər həyata keçirilib. Bundan başqa, “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı” (2006-2010-cu illər), “Azərbaycan Respublikasında texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı” (2007-2012-ci illər) gənclər siyasətinin daha da təkmilləşdirilməsini təmin edib. Bu sənədlərin hər biri gənclərin yaradıcılıq potensialının aşkara çıxarılmasına, yaradıcılıq potensialının reallaşdırılması üçün lazımi şəraitin yaradılmasına, yaradıcılıq potensialının səmərəli idarə edilməsinə, gənclərin intellektual səviyyəsinin yüksəldilməsinə, xüsusi istedadlı gənclərin seçilməsinə və onlarla müvafiq tədbirlərin həyata keçirilməsinə, gənclərin sosial problemlərinin həllinə böyük zəmin yaradıb. Məhz bunun bariz nümunəsidir ki, gənclər bu gün dövlət orqanlarında, parlamentdə, bələdiyyələrdə, biznes strukturlarında və s. sahələrdə təmsil olunur və cəmiyyətin inkişafına öz töhfələrini verirlər.
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nı da uğurlu gənclər siyasətinin tərkib hissəsi saymaq olar. Çünki bu proqram çərçivəsində 5000 gəncin dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi nəzərdə tutulub. Bu günədək 1200-dən çox azərbaycanlı gənc ölkəmizin ehtiyac duyduğu sahələrlə bağlı müxtəlif təhsil səviyyələri üzrə dünyanın ən qabaqcıl universitetlərinə göndərilib.
-Qubadlılı gənclərdə vətənpərvərlik ruhu hansı səviyyədədir?
- Çox yüksək səviyyədədir. Rayonumuzda gənclər siyasəti sahəsində Prezident İlham Əliyevin 7 iyul 2011-ci il tarixli sərəncamı ilə təsdiqlənən “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı” ndan irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində müəyyən işlər görülüb.
Hal-hazırda rayonumuzda 10404 gənc var ki, (onlardan 5173 kişi və 5231 qadın) bu da rayon əhalisinin 26 %-ni təşkil edir.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümləri münasibətilə şahmat, yunan-Roma güləşi və orta məktəblərin komandaları arasında voleybol üzrə rayon birinciliklərində gənclərin fəal iştirakı təmin edilib.
Rayonda yaradılmış sağlam ictimai siyasi mühit, gənclərin hərtərəfli inkişafı üçün şəraitin yaradılması, öz ətrafında 1436 nəfər fəal YAP üzvünü birləşdirən gənclər təşkilatının yaranmasına gətirib çıxarıb.
Rayon gənclərinin məşğulluğu, məskunlaşma vəziyyətlərinin yaxşılaşdırılması ilə bağlı məsələlər İcra Hakimiyyətinin diqqət mərkəzindədir. Yeni işə qəbul olanların isə demək olar ki, hamısını gənclər təşkil edir.
-YAP Qubadlı təşkilatı Gənclər Birliyi olaraq gənclərlə bağlı hansı tədbirlər keçirirsiz?
- Qubadlı Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatı birgə hər il mütəmadi olaraq gənclərlə rayon rəhbərliyi səviyyəsində görüşlərin keçirilməsi, onların mükafatlandırılması, gənclərin ordu sıralarına yola salınması münasibətilə tədbirlərin təşkili, tanınmış ziyalıların yubileylərinin qeyd edilməsi, şəhidlərin anılması istiqamətində tədbirlər gənclər arasında vətənpərvərlik hisslərinin gücləndirilməsinə xidmət etməklə, böyük ruh yüksəkliyi ilə qarşılanır. Qubadlı əhalisi, onun ən fəal hissəsi olan gənclərimiz özlərinin dövlətimizə, Heydər Əliyev ideyalarına sadiqliyi ilə fərqləniblər. Bu gün də belədir, gələcəkdə də belə olacaq. Bu gün biz Azərbaycanda bərqərar olmuş dinamik inkişafı, ölkəmizdə yaradılmış sabitliyi, xalq-iqtidar birliyini pozmağa yönələn bütün cəhdləri qətiyyətlə pisləyir, əmin etmək istəyirəm ki, xalqımızın rifahı, dövlətimizin daha da çiçəklənməsi naminə dövlət başçımızın həyata keçirdiyi siyasəti birmənalı olaraq müdafiə edən Qubadlı gəncliyi qarşıda duran bütün vəzifələrin öhdəsindən layiqincə gələcək.
-Gənclərin ictimai-siyasi aktivliyi necədir?
- “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nın hazırlanması ərəfəsində müəyyən qurumlar tərəfindən də etiraf edilirdi ki, heç vaxt bu qədər rezonans doğuran və diqqətə səbəb olan, gənclərin böyük ordusunu əhatə edən proqram olmayıb. Çünki gənclər özü də aktiv surətdə həmin proqramın hazırlanmasında iştirak etdilər. Bundan başqa, son dövrlərdə proqramla bağlı olan tədbirlərin həyata keçirilməyə başlanması gənclər sahəsində keyfiyyətcə yeni mərhələnin formalaşmasını təmin etdi. Eyni zamanda, regionlarda gənclər mərkəzlərinin yaradılması, Prezident yanında Gənclər Fondunun yaradılması kimi çox effektli və davamlı layihələr həyata keçirildi. İstər Gənclər və İdman Nazirliyi, istərsə də Prezident yanında Gənclər Fondu çərçivəsində həyata keçirilən gənclər təşkilatları layihələrindən başqa, Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası çərçivəsində də gənclər təşkilatlarının aktivliyini və gənclərə yönəlik layihələrin intensivliyini görmək mümkündür. Həmçinin istedadlı gənclərin, tələbələrin dəstəklənməsi, Azərbaycan gənclərinin xaricdə təhsil almasının dövlət hesabına həyata keçirilməsi və sair proqramlar var ki, çoxsaylı gənclər ordusunun öz inkişafı üçün bunlardan tam şəkildə bəhrələndiyini demək olar. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanda həyata keçirilən gənclər siyasəti gənclərin intensiv inkişafını təmin edib və bu sahədə çox ciddi nümunələr yaradıb. Bu isə eyni zamanda, digər dövlətlərin də Azərbaycan gənclər siyasətindən nümunə kimi yararlanmasına gətirib çıxarıb. Bu gün digər ölkə nümayəndələri, müvafiq sahədə fəaliyyət göstərən qurumların təmsilçiləri bizim gənclər siyasəti və onun bəhrələri ilə yaxından maraqlanmağa başlayıblar. Bir sözlə, Azərbaycan gəncləri özlərini şanslı hesab etməlidirlər ki, gənclər siyasətindən, onlar üçün yaradılmış imkan və fürsətlərdən bu dərəcədə bəhrələnə bilirlər. Hesab edirəm ki, cəmiyyətdə gənclərimiz nə qədər aktiv, nə qədər fəal olarsa onların qazandığı uğurlar daha çox olar.
Ümid edirik ki, bu gün Azərbaycan gəncliyinə göstərilən diqqət və qayğı gələcək illərdə də davam etdiriləcək və Azərbaycanın gənclər siyasətindən başqa ölkələr də faydalana biləcəklər.
-Qubadlıda doğulmayan körpə və yeniyetmələr üçün rayon haqda maariflənmə aparılırmı?
- Qubadlıda doğulmayan körpə və yeniyetmələr bu gün gənc nəslin nümayəndələri kimi öz doğma ata-baba yurdları haqqında yetərincə məlumat almaq üçün Rayon İcra Hakimiyyəti, Rayon təhsil şöbəsi tərəfindən mütəmadi maarifləndirilirlər. Rayonun yeniyetmə və gənclərinə rayonumuzdan olan 238 şəhid, 8 Milli Qəhrəmanımız keçdiyi şərəfli həyat yolu haqqında məlumat verilir. Gənc nəslin nümayəndələrinin vətənpərvərlik ruhunda, öz adət-ənənələrinə, soy kökünə bağlı böyüməsi üçün əməli işlər görülür, təbliğat aparılır. Görülən işlərin nəticəsidir ki, bu gün Qubadlı gənclərinin vətənpərvərlik ruhu, elinə obasına, şəhidinə, Milli Qəhrəmanına sayğısı çox yüksək səviyyədədir. Bu gün biz qubadlılar Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bir əmirinə mütəzir əsgər kimi öz doğma ata-baba torpaqlarımızı yağı düşməndən azad etmək üçün hazırıq.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
İlkin Əsgər: “İndiki əsərlərin bir qismindən zövq almaq olmur”
20.11.2018
“Azərbaycanda Ədliyyə Nazirliyi vətəndaş cəmiyyəti ilə əməkdaşlıq edən ilk dövlət orqanı kimi tarixə düşüb”
19.11.2018
“BANM-ın tələbələri məzun olan kimi ən yaxşı şirkətlərə işə qəbul ola bilir”
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info