“Kərkükdə türkmənlərin acından ölməsi dünya üçün utancvericidir”
Tarix: 01.09.2014 | Saat: 18:15:00 | E-mail | Çapa göndər


Ceyhun Ələkbərov: “Buna görə yardım kampaniyasına başlamaq qərarına gəldik”

“Biz İraqda İŞİD-in vəhşiliklərinə məruz qalmış türkmən soydaşlarımıza yardım etmək məqsədi ilə hümanitar kampaniyaya başlamışıq”. Bunu “Soyqırım Həqiqətlərinin Tanıdılması” İctimai Birliyinin sədri Ceyhun Ələkbərov söyləyib.
Türkmənlərin doğma yurd-yuvalarından didərgin salındıqlarını deyən İB sədri hazırda onların dağlarda qaçqın vəziyyətində ac-susuz yaşadıqlarını diqqətə çatdırıb: “İstəyirik ki, bu insanlara gücümüz çatan qədər maddi və hümanitar yardım göstərək. Öndə isə özümüz olacağıq. Düşünürəm ki, türk dünyasının, yurdundan zorla çıxarılmış hansısa insanın, körpə uşağın yaşaması üçün bu addım atılmalıdır.”
C.Ələkbərov Xocalı faciəsini yaşamış və öz gözləri ilə görmüş bir insan kimi, türkmənlərin hansı faciələrlə, problemlərlə qaşılaşdıqlarını yaxşı başa düşdüyünü deyib: “Buna görə yardım kampaniyasına başlamaq qərarına gəldik. XXI əsrdə Kərkükdə türkmən qardaşlarımızın yurdlarından qovulması, acından ölməsi bu dünya üçün utancvericidir.”
Onun fikrincə, istər yezidi kürd, istərsə də türkmən olsun, əzabkeş millətə yardım etmək, ona yaşadığı ağır gündə dəstək vermək vacibdir: “Dünyanın hansı nöqtəsində faciə yaşanırsa və insanlar çətinliklərlə üzləşirsə, ora dəstək göstərmək vicdan işdir”.

Fuad




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
Azərbaycan əhalisinin banklardakı pulu 8 milyard manatı ötüb
20.02.2019
Özünüməşğulluq proqramına cəlb edilənlərin “Məşğulluq” altsistemində ayrıca kabineti olacaq
19.02.2019
İş vaxtı ərzində işçi digər peşə üzrə əmək funksiyasını da icra edərsə, onun əmək haqqına əlavə ödənilməlidir
19.02.2019
Beyləqanın Əhmədli və Gödəklər kəndlərində modul tipli məktəb binaları istifadəyə verilib
19.02.2019
Əmək və əhalinin sosial müdafiəsi nazirinin yeni müavini təyin olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10608

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info