Azərbaycanın Olimpiya medalçıları Vətənə qayıdıblar
Tarix: 01.09.2014 | Saat: 18:15:00 | E-mail | Çapa göndər


Çinin Nanjinq şəhərində keçirilən yeniyetmələrin II Yay Olimpiya Oyunlarında 5 qızıl, 6 gümüş, 1 bürünc medal qazanan idmançılarımız vətənə qayıdıblar.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, onları Heydər Əliyev Beynəlxalq Hava Limanında Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəsmiləri qarşılayıblar.
Qarşılanma mərasimindən sonra idmançılar ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Qeyd edək ki, Çinin Nanjinq şəhərində yeniyetmələrin II Yay Olimpiya Oyunlarında 29 idman növü üzrə keçirilmiş yarışlarda 204 ölkədən 3888 idmançı iştirak edib. Azərbaycan 9 idman növündən (avarçəkmə, cüdo, taekvando, boks, sərbəst güləş/yunan-roma güləşi, üzgüçülük, atletika, kamandan ox atma, güllə atıcılığı) 5 qızıl, 6 gümüş və 1 bürünc medalla 204 iştirakçı ölkə arasında və medal qazana bilmiş 86 ölkə arasında 10-cu yeri tutub. Qazanılmış medalların sayına görə (12 medal) Azərbaycan 14-cü yeri tutub. Avropa ölkələri arasında 6-cı, MDB-də Rusiya və Ukraynadan sonra 3-cü, İslam və Qafqaz ölkələri arasında 1-ci yerdədir.
Olimpiadaya yollanmış 21 idmançıdan 12-si Vətənə medalla qayıdır.
Qızıl medal alan idmançılar:
1. Səid Quliyev (73 kq) - taekvando
2. İslambek Dadov (69 kq) - yunan-Roma güləşi
3. Rüfət Hüseynov (49 kq) - boks
4. Teymur Məmmədov (63 kq) - sərbəst güləş
5. İqbal Hacızadə (100 kq) - sərbəst güləş
Gümüş medal:
1. Leyla Əliyeva (44 kq) - cüdo
2. Natiq Qurbanlı (55 kq) - cüdo
3. Ceren Ozbek (44 kq) - taekvando
4. Baris Yotov - avarçəkmə (1 nəfərlik qayıq)
5. Cabbar Nəcəfov (50 kq) - yunan-Roma güləşi
6. Leyla Qurbanova (52 kq) - qadın güləşi
Bürünc medal:
Nazim Babayev - atletika (3 təkanla tullanma)
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“London-2018”: Maqnus Karlsen və Fabiano Karuanadan növbəti heç-heçə
13.11.2018
Aşihara karateçilərimiz dünya çempionatında 8 medal qazanıblar
13.11.2018
Karateçilərimiz dünya çempionatını üç medalla başa vurublar
13.11.2018
KİV: Santyaqo Solari “Real Madrid“in baş məşqçisi olacaq
13.11.2018
Messi mövsümün ən yaxşı oyunçusu mükafatını aldı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info