Rusiya Qərbi praqmatik əməkdaşlığa çağırır
Tarix: 01.09.2014 | Saat: 18:52:00 | E-mail | Çapa göndər


Rusiya Qərblə dialoqa ümid edir. Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində yeni dərs ilinin başlanması münasibəti ilə keçirilən tədbirdə deyib.
Rusiya XİN başçısı gələcək diplomatların önündə çıxışında qeyd edib: "Tərəfdaşlarımızla razılaşmadıqlarımızı müzakirə etmək lazımdır. Ümid edirik ki, onlar da bizə belə münasibət göstərəcəklər, bizi bütün məsələlərdə günahlandırmayacaqlar, oturub söhbət edib öz etirazlarını vicdanlı olaraq bildirəcəklər. Əgər bu baş verməyəcəksə, onda biz belə bir nəticəyə gələcəyik ki, tənqid ancaq ultimatumlara, sanksiyalara haqq qazandırmaq üçün lazımdır".
S. Lavrov onu da bildirib ki, ABŞ və Avropa İttifaqı Ukrayna hökumətindən dinc sakinlərə qarşı ağır artilleriya və aviasiyadan istifadəni dayandırmağı tələb etməlidir: "Vaşinqton və Brüssel Kiyevdən digər münaqişələrdə tələb etdiklərini tələb etməlidir. Moskva əmindir ki, ABŞ və Avropa İttifaqı ilə münasibətlərdə praqmatik əməkdaşlığa qayıtmaq lazımdır. Bu, qarşılıqlı hörmət və bərabər hüquqlar əsasında olmalıdır. Bunun üçün əlbəttə ki, perspektivsiz hədə, ultimatum və sanksiya siyasətindən tamamilə imtina etmək lazımdır".
Tural




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Azərbaycanlı gənclər Ermənistan səfirliyi qarşısında aksiya keçiriblər
26.09.2018
Türkiyənin təhlükəsizlik qüvvələrinin iki əməkdaşı şəhid olub
26.09.2018
BMT-nin Gənclik Təşkilatı İstanbulda yerləşə bilər
26.09.2018
Fransa: təhsil sahəsində 1800 iş yeri ləğv ediləcək
26.09.2018
Ərdoğan Trampla görüşdü

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info