Qərb slavyan siyasətini başa çatdıra biləcəkmi?
Tarix: 01.09.2014 | Saat: 19:46:00 | E-mail | Çapa göndər


Sübhan Padarsoy |

Bu gün Ukraynadakı vəziyyət ilə Suriyadakı vəziyyət bir-birindən çox fərqlənir. Qərb dünyası, kapitalist elitası Suriyada münaqişənin alovlanmasını və onun regional müharibəyə çevrilməsini istəmədi. Amma Ukraynada vəziyyət fərqlidir. Hər şeydən əvvəl, Ukrayna Qərb üçün ciddi əhəmiyyət kəsb etmir. Əsas məsələ onu Rusiyadan ayrımaq və antirus dayağına çevirməkdir. Ukraynanın Rusiyanın təsir dairəsindən çıxarılması Qərbin – almanların, ingilislərin və amerikalıların uzun müddətli geosiyasi layihəsidir. Biz Zbiqnev Bjezinskinin sözlərini xatrılaya bilərik – “Ukraynadan məhrum bir Rusiya böyük güc statusuna iddia edə bilməz”. Ancaq “Uzun Zbiq” səhv edirdi, çünki Ukraynasız da Rusiya bu statusa iddia edə bilər, sadəcə bu, Rusiya üçün daha çətin olacaq və uzun vaxt alacaq. XX əsrin əvvələrində alman generalı Pol Rorbax deyirdi:“Rusiyanın Avropaya, xüsusən də Almaniyaya olan təhlükəsini azaltmaq üçün mütləq Ukrayna Rusiyasını Moskva Rusiyasından ayırmalıyıq”. XİX əsrin bütün alman siyasətçiləri, hətta Otto Leopold fon Bismark Şönhauzen də bu ayırma planını tam dəstəkləyirdi. Bu gün alman siyasətçilərinin əsas məqsədi Ukraynanı Rusiyaya qarşı qoymaq və ukraynalıları rus olan hər şeydən nifrət etdirməkdir. Dolayısı ilə, bir siyasi güc və psixo-kultural növ kimi slavyan rusofobiyasının yaradılması üçün informasiya-psixoloji sabotaj əməliyyatı həyata keçirilir. Qərbin imperial maraqlarına qarşı çıxmayan antirusiya rusları yaradılmalıdır. 2004-cü il narıncı inqilabından sonra Qərbə elə gəlirdi ki, tapşırıq yerinə yetirilib, amma onlar səhv edirdilər. 2013-cü ilin sonundan etibarən də, vəziyyət Qərb üçün əlverişli görünürdü, Avropa Birliyinin qısqacı Yanukoviçin boynunda idi. Onlar Yanukoviçi bu dəfə sülh şəraitində “narıncı inqilab” edərək, Rusiyanın təsir dairəsindən çıxmağa məcbur etmək istədilər. Amma, Rusiya və Çinin oynadığı lider rolu və Yanukoviçin müstəqil addımları, Valyuta Fondunun tələblərinə tabe olmaması üzündən Qərb istəklərini zorla reallaşdırmağa başladı. Bunun üçün də, neonasistləri dəstəkləməyə başladı. Ukrayna neonasistləri 150 il əvvəl almanlar tərəfindən başladılmış psixo-tarixi əməliyyatın məhsuludur. Bu gün, Ukrayna ətrafında yaranmış vəziyyətdə ABŞ və AB açıq bir şəkildə rusofobiya nümayiş etdirməklə, ikili standart mövqeyindən çıxış edirlər. Kiyev küçələri boyunca yürüş edən Ukrayna nasistlərinə Qərbin tolerant mövqeyi bununla bağlıdır. Məntiq sadədir: istər Ukrayna nasistləri olsun, istərsə də Baltik nasistləri, əgər onlar Rusiyaya qarşıdırsa, qoy mövcud olsunlar və güclənsinlər. ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi - CİA hələ 1945-1946-cı illərdə xeyli sayda nasist liderini ədalət məhkəməsindən yayındırmış və onları ABŞ-a, yaxud da Latın Amerikası ölkələrinə qaçırdaraq, keçmiş SSRİ-yə qarşı istifadə etmişdi. Hitler Almaniyasının kəşfiyyat beyni olan Raynhard Gehlen buna ən bariz nümunədir. Gehlen ABŞ-a qaçırılmış və CİA-nin yaradılmasında və müharibədən sonra SSRİ-na qarşı fəaliyyətlərində böyük rol oynamışdı. Qərbin, xüsusən də ABŞ-ın minimum məqsədlərindən biri antirus əhval-ruhiyyəli yeni Ukrayna dövləti yaratmaqdır. Bundan sonra isə, sabotajlar və provokasiya metodları ilə Rusiyaya daimi təzyiqlər etməkdir. Eyni anda, Qərb mediası “azad və demokratik Ukrayna” imicini yaradaraq, neoimperial həvəsli Rusiyanı qıcıqlandırır. ABŞ həm də əvvəllər uydurduğu ssenarilərdən də məharətlə istifadə edir. Məsələn Yuqoslaviya məsələsində ABŞ mediası dünyaya car çəkirdi ki, “kasıb albanlar iblis serblərin qurbanıdır”. İndiki ssenari də eynidir, heç nə dəyişməyib – “kasıb ukraynalılar böyük Rusiya imperiyasının qurbanıdır”. Əgər bu proqram reallaşsa, Rusiya – Şimali Avrasiya bölünəcək və böyük təbii resurslar , torpaq mülkləri Qərbin iri korporasiyalarının əlinə keçəcək. Hazırda, Rusiya hələ də Qərbin “yeni dünya düzəni”nin yaradılmasında böyük bir əngəldir. Buna görə də Sovet Kəşfiyyatı komandirlərindən Leonid Şebarşin deyirdi ki, Qərb Rusiyadan tək bir istəyir, mövcud olmasın, nə strateji, nə də ki geo-tarixi olaraq Rusiya mövcud olmasın. 2012-ci ilin dekabrında H. Klinton Gömrük Birliyi ilə bağlı deyirdi ki, Rusiyanın postsovet məkanını yenidən sovetləşdirməsinə icazə verməməliyik, ABŞ buna əngəl olmaq üçün bütün vasitələrdən istifadə etməlidir. Yanukoviçin devrilmsəindən sonra, Ukrayna bir dövlət kimi əsl fəlakət yaşamaqdadır, ölkədə nasizm güclənmiş, russofobiya pik həddə çatmışdır. Cənub-şərqdəki rusdilli əhali rəsmi Kiyevə qarşı üsyan qaldırıb. Donetsk və Luqansk müstəqillik elan ediblər. Onların orduları bu iki vilayətə və Rusiya ilə sərhədə tam nəzarət edirlər. Onlar tankların üstündə “Kiyevə doğru” sözlərini yazıblar. Rusiya isə qərbyönümlü Ukraynanın mövcud olmaması üçün bütün mümkün addımları atacaq. Bir sözlə, Yuqoslaviyanı, Liviyanı, İraqı və Suriyanı parçalayaraq, qan gölünə çevirən Qərbin – xüsusən də ABŞ-ın, Rusiya (slavyan) məsələsini həll etmək üçün eyni siyasəti Ukraynada da başa çatdıra biləcəyi hələ sual altındadır. tankların üstündə “Kiyevə doğru” sözlərini yazıblar. Rusiya isə qərbyönümlü Ukraynanın mövcud olmaması üçün bütün mümkün addımları atacaq. Bir sözlə, Yuqoslaviyanı, Liviyanı, İraqı və Suriyanı parçalayaraq, qan gölünə çevirən Qərbin – xüsusən də ABŞ-ın, Rusiya (slavyan) məsələsini həll etmək üçün eyni siyasəti Ukraynada da başa çatdıra biləcəyi hələ sual altındadır.






 
Müəllifin son yazıları

09.02.2015 ABŞ-sız Yeni Avropa düzəni?
08.10.2014 “Cənub axını” baş tutacaqmı?

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info