Azərbaycan nümayəndə heyəti ABŞ Ticarət Nazirliyinin seminarında iştirak edib
Tarix: 01.09.2014 | Saat: 21:36:00 | E-mail | Çapa göndər


Avqustun 9-dan 30-dək ABŞ Ticarət Nazirliyinin “İşgüzar təcrübələrin xüsusi Amerika proqramı” (SABİT) proqramı çərçivəsində Amerika Birləşmiş Ştatlarında “Bələdiyyələrin su ehtiyatlarının idarə edilməsi” mövzusunda seminar keçirilib.
Seminarda Azərbaycanı təmsil edən nümayəndə heyətinin tərkibinə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin direktorunun layihələşdirmə üzrə müavini Elşad Cavadzadə, “Modern Construction Group”un layihə meneceri Aleksandr Plotnikov və “GEO Engineering LLC” şirkətinin iqtisadi məsələlər üzrə meneceri İlkin Vəliyev daxil olub.
Bu proqramın vəzifəsi Avrasiya ölkələrində bələdiyyələrin su sistemlərinin idarə edilməsinin səmərəsini artırmaqdır. Bu məqsədlə ABŞ-da işlənib hazırlanmış və tətbiq edilən innovasiya texnologiyaları və bu sahədə son meyllər nümayiş etdirilib, Amerika şirkətlərinə Avrasiyada bazar iqtisadiyyatının təşəkkülündə bilavasitə iştirak etmək və region ölkələrindən olan mütəxəssislərlə birbaşa işgüzar münasibətlər qurmaq kimi nadir imkan verilib.
Üç həftə davam etmiş seminarın iştirakçıları Vaşinqton, Miluoki (Viskonsin ştatı), Çikaqo (İllinoys ştatı) və Denver (Kolorado ştatı) şəhərlərində olub, su ehtiyatlarının idarə edilməsi texnologiyalarının işlənib hazırlanması üzrə ixtisaslaşan bir sıra dövlət agentliklərinə və özəl şirkətlərə baş çəkiblər.
Proqramda Gürcüstan, Qazaxıstan, Moldova, Tacikistan, Türkmənistan və Ukraynadan olan təşkilatların və şirkətlərin nümayəndələri də iştirak ediblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Neftçilərə yeni mənzillərin orderləri təqdim edilib
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...
18.09.2018
Biləsuvar şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi tikiləcək
18.09.2018
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info