Pakistan mətbuatında “Azərbaycan köçkünlərinin acı taleyi” adlı məqalə
Tarix: 01.09.2014 | Saat: 21:37:00 | E-mail | Çapa göndər


Pakistanın “Daily Pardez”, “Daily Azkaar” qəzetləri və “Pakistan in the world”
informasiya agentliyi tərəfindən “Daily Pardez” qəzetinin baş redaktoru Tazin Axtarın “Azərbaycan köçkünlərinin acı taleyi” adlı məqaləsi dərc edilib.
Azərbaycanın Pakistandakı səfirliyindən verilən xəbərə görə, məqalədə Ermənistanın işğalçı siyasəti nəticəsində 25 ildən çoxdur ki, Dağlıq Qarabağ münaqişəsinin regionda ciddi təhlükələr yaratdığı haqqında məlumatlar verilib. Bildirilib ki, Ermənistan Dağlıq Qarabağ və ətrafdakı 7 rayon daxil olmaqla Azərbaycanın 20 faiz torpaqlarını zəbt edib, 750 min insan isə həmin ərazilərdən məcburi köçkün düşüb. İşğalçı Ermənistan nüfuzlu beynəlxalq təşkilatların çoxsaylı qətnamələrinə məhəl qoymur və işğalçı siyasətini davam edir. Müəllif, Pakistanın daim Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyini və bu mövqeyin ölkə parlamentinin 01.02.2012 və 05.10.2013-ci il tarixli iki qətnaməsində əksini tapdığını qeyd edib. Yazıda 1994-cü ildə imzalanmış atəşkəs sazişinə baxmayaraq, qoşunların təmas xəttində Ermənistan tərəfindən atışmaların adı bir hala çevrildiyi bildirilib.
Tazın Axtar Ermənilərin Azərbaycan köçkünlərini girov götürməsi barəsində bəhs edərək, bunun etnik təmizləmə siyasətinin davamı kimi qiymətləndirib, Ermənistanın işğalın nəticələrini qanuniləşdirmək niyyətində olduğunu vurğulayıb. Bildirilib ki, bu ilin iyul ayında Ermənistan mediası, azərbaycanlıların Kəlbəcər rayonunda zərərsizləşdirdiyi barədə məlumat dərc edilib. Hadisə zamanı bir nəfər öldürülüb və iki nəfər saxlanılıb. Əslində bu hadisə üç nəfər azərbaycanlı köçkünlərin-Dilgəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənovun, Dilgəmin anadan olduğu tarixi Azərbaycan ərazisi olan Kəlbəcər rayonunun Şaplar kəndinə səfər etdikləri zaman baş verib. Kəlbəcər rayonu Dağlıq Qarabağa bitişik olan işğal olunmuş 7 rayondan biridir və BMT TŞ-nın 822-cü qətnaməsində bu rayonun və digər zəbt olunmuş ərazilərin dərhal azad olunması tələb olunub. Bu qətnamədən sonra münaqişəyə dair daha üç sənəd qəbul olunub.
Yazılarda, Ermənistanın müdafiə nazirinin saxlanılan şəxslərin Ermənistan qanunlarını pozduqları və cinayətkar olduqlarını bildirib və buna görə də onların əsir statusuna malik olmadıqlarını vurğulanıb. Bununla da Ermənistan rəsmisi ölkəsinin münaqişədə birbaşa iştirakını təsdiqləyib: “Maraqlıdır, beynəlxalq ictimaiyyət tərəfindən tanınmış Azərbaycanın sərhədləri hüdudunda saxlanılmış şəxslər Ermənistanın qanunvericiliyi ilə necə mühakimə oluna bilərlər? Məsələnin absurdluğunu dərk edən ermənilər, sonralar bu şəxslərin qondarma Dağlıq Qarabağ Cinayət məcəlləsi ilə mühakimə olunacaqlarını bildiriblər”.
Məqalədə, saxlanılmış Azərbaycanlılara qarşı irəli sürülən ittihamların gülünc olduğu və heç bir məntiqə sığmadığı bildirilib: “Onların dəfələrlə işğal olunmuş ərazilərə səfər etdikləri haqqında görüntülərini sosial şəbəkələrdə yerləşdirdikləri, yalnız ov tüfəngi ilə silahlanmış olduqları bu şəxslərin xüsusi qrupa heç bir aidiyyəti olmadıqlarını sübuta yetirir. Ermənistan tərəfi azərbaycanlıların diversiya qrupuna məxsus olduqlarını bildirməklə yanaşı, eyni zamanda, onları əsir kimi qəbul etməkdən imtina edir və onlara “qanunsuz sərhədi keçməsi” ittihamını irəli sürür. Bütün bunlara əlavə olaraq, erməni tərəfi bu qrup tərəfindən bir erməninin öldürüldüyü və daha birisinin yaralandığını bildirir. Lakin, faktlar göstərir ki, adı çəkilən hadisə azərbaycanlıların saxlanıldığı yerdən onlarla kilometr uzaqlıqda baş verib”.
Tazin Axtar məqaləsində Dilgəm Əsgərovun öz doğma yurduna getməsinin qanunsuz sərhəd keçməsi kimi qələmə verilməsinin əsassız olduğunu bildirib. Eyni zamanda, vurğulayıb ki, Ermənistan saxlanılmış şəxslərin hüquqları haqqında Cenevrə konvensiyasının müddəalarını ciddi şəkildə pozmaqdadır. Əlavə edib ki, erməni əsrliyində olan 4 mindən çox azərbaycanlının taleyi haqqında hələ də heç bir məlumat yoxdur.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info